......Qocalıq haqqında hədislər......

02 Nisan 2015
6 426
0
https://38.media.tumblr.com/1df4e8befae7ee5d89e1cfc6f43d5eeb/tumblr_n7zreoXi6m1txobqgo1_500.gif
https://38.media.tumblr.com/1df4e8befae7ee5d89e1cfc6f43d5eeb/tumblr_n7zreoXi6m1txobqgo1_500.gif



Qocalıq və ağ saçlar haqqında Quran ayəsi:
«Odur sizi əvvəl zəif yaradan, bu zəiflikdən sonra qüvvə verən, sonra da yenidən zəifliyə və qocalığa düçar edən Allah. Allah istədiyini yaradar. O alim və qadirdir.» (Rum, ayə 54)

Qocalıq haqqında hədislər:
Allahın Peyğəmbəri (s):«Qoca, öz həmdəminin məhəbbəti, uzun ömür və çoxlu sərvətin muqabilində həmişə gəncdir.» (Biharul-Ənvar , c.77 səh.147, hədis9)

İmam Əli (ə):«Ağ saçlar ölümün qasididir.» (Ğurərul-Hikəm,hədis 1202)

İmam Əli (ə):«Ağ saçlar xəbərdarlıq üçün kifayətdir.» (Ğurərul-Hikəm, səh. 7019)

İmam Əli (ə):«Mənim üçün qocalığın vuqarı, gənclik şadlığından daha sevimlidir.» (Ğurərul-Hikəm,hədis 10099)

İmam Əli (ə):«Aqil qocalanda əqli gəncləşər, nadan qocalanda nadanlığı cavanlaşar.» (Ğurərul-Hikəm,hədis 4169-4170)

İmam Baqir (ə):«Bir gün İbrahim (ə) öz üzündə ağ tük görüb deyir:Şükr olsun aləmlərin Rəbbi olan Allaha ki, məni bu yaşa çatdırdı və bir an belə günah etmədim.» (İləluş-Səraye,səh. 104)

İmam Sadiq (ə):«Ağ saçın möminə tərəf tələsdiyi qədər, heç bir şeyin digərinə tərəf tələsdiyini görmədim. Ağ saç mömin üçün dünyada vuqar və Qiyamət günü işıq saçan nurdur. Allah-taala Öz xəlili İbrahimə(ə) ağ saçlarla vüqar bəxş etdi. Bu vaxt İbrahim(ə) ərz etdi: Ey Rəbbim! Bu nədir? Allah buyurdu: Bu vüqardır. İbrahim (ə) dedi:Ey Rəbbim! Mənim vüqarımı artır. » (Əmali-Tusi,səh. 699)

Qocalara hörmət
Allahın Peyğəmbəri (s):«Yaşlı müsəlmana ehtiram Allaha ehtiramdır.» (əl-Kafi, c.2, səh.165, hədis1)

Allahın Peyğəmbəri (s):«Ümmətimin qocasına hörmət etmək, mənə hörmət etməkdir.» (Kənzul-Ummal, hədis 6013)

İmam Sadiq (ə):«Ahıllarınıza hörmət edin və sileyi-rəhmi yerinə yetirin.» (əl-Kafi, c.2, səh. 165, hədis 3)

İmam Sadiq (ə):«Ahıllarımıza hörmət qoymayan və uşaqlarımızla mehriban olmayan bizdən deyil.» (əl-Kafi, c.2, səh. 165, hədis 2)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.