Ölüm son deyil ...

07 Nisan 2015
1 467
0
Ölüm son deyil ...
Ölüm son deyil ...

Hər mövsüm yaşanan hadisələr göstərir ki, ölüm yeni bir həyatın başlanğıcıdır və o həyata çata bilmək üçün keçirilməsi gərəkli olan bir təmizlənmə hərəkətidir. Digər bir ifadəylə ağırlıqlardan xilas olma fəaliyyətidir. Payızda çürüyən, quruyan və özündə həyatdan əsər qalmayan köklər, budaqlar və toxumlar, baharın o hər yerdən həyat fışqıran bayramına hazırlanır və vaxtı gələndə yeni bir həyata qovuşarlar.
Məhz bir gün bizlər də, o toxumlar kimi torpağa düşəcəyik. Hər nə qədər bir müddət üçün torpağa qarışsaq belə, bizim də əbədi bir baharımız vardır və gələcəkdir.
Bəli, doğumla bu aləmə qovuşulduğu kimi, ölümlə də bir başqa aləmə qovuşulacaqdır. Və toxum, torpaqda çürüməsinə baxmayaraq oradan necə bir başqa həyata qovuşub, səmaya doğru qol-budaq salırsa, insanın cəsədi də ölümlə çürüyəcək, lakin ölümsüz ruhu ilə əbədi bir aləmdə həyat tapacaq. Yer altındakı toxum, necə yer üstündəki ağac halını və günəşli dünyanı dərk edə bilməz, onu əvvəldən düşünə bilməz və biləməzsə, biz də bu qeydli və məhdud halımızla, əbədi həyatı ölümdən öncə anlaya bilmərik.
İnsan üçün ölüm, ipək böcəyinin qoza(barama) içindəki pup dövrü kimidir. İpək böcəyinə, qəbir kimi dar qozasından çıxdıqdan sonra kəpənək olacağı və ona bir qanad ehsan ediləcəyi bildirilsə, böcək ona inanmaqda çətinlik çəkəcəkdir. Məhz insan da, əbədi aləmdəki həyatını anlamaq nöqtəsində o ipək böcəyi qədər acizdir. Çünki bütün duyğuları, bu dünya ölçülərinə görə çalışmaqdadır. Ancaq içindən gələn bir səs, ona əbədi aləmlərin var olduğunu hayqırar durar.
Elm adamları tərəfindən də təsdiqlənən və bütün insanların yaradılışında var olan bu sonsuzluq arzusu, bizə əbədi aləmlərin varlığını bildirən ən qüvvətli bir 'psixoloji' dəlil olaraq qəbul edilməkdədir. Eynilə aclıq və susuzluq kimi ... İnsanın susaması, suya işarə edər və onun varlığını göstərər. Bu, su ilə insan arasındakı özəl və içdən bir əlaqədir. İnsanın axirət aləminin varlığını iç dünyasında sezməsi axirətin varlığına ən böyük dəlildir. Və ya ən azından belə bir aləmin olmasını və yaradılmasını gərəkdirir.
Ən kiçik bir canlını, bir qarışqanı belə mükəmməl bir şəkildə bəsləyən və istədiyini verən Rəbbimiz, bizə də bütün duyğularımızla istətdiyi axirəti, əlbəttə verəcək. Onsuz da axirəti vermək istəməsəydi, onu istəmək duyğusunu da biz insanlara verməzdi. Bütün insanlığı təsiri altına alan və bürüyən bu həqiqətin, boş və quru bir iddia olmadığı açıqdır. Bu arzunu insanın qəlbinə qoyan kim isə, onu verəcək olan da ondan başqası olmayacaqdır əlbəttə.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.