Namazın Hökmü...

02 Eylül 2014
1 631
0
Namazın Hökmü...
Namazın Hökmü...


Namaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir.


Təəssüf ki, cəmiyətimizdə “
hələ tezdir, hazır deyiləm, cavanam”, “qocalanda namaza başlayaram”, “Qırx yaşından sonra qılacağam"kimi fikirlər bəzi insanları namaz kimi gözəl ibadətdən yayındırır.


Uca Allah buyurur: "
Halbuki onlara ancaq Allaha-dini məhz Ona məxsus edərək həniflər kimi – ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu."

Doğru dində budur!
Başqa ayədə deyilir "
Namaz mömünlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir." Namaz qılmağın sənə hədsiz sevinc və bərəkət bəxş edəcək."

Namaz qıldıqda sən.

Allahın ən çox sevdiyi ibadəti yerinə yetirmiş olursan.


Allaha şükür edənlərdən olursan,
Allah ilə gizli söhbət edir,Onun müqəddəs kəlamlarını deyirsən,

Allahı xatırlayırsan, dünyəvi məsələlərdə itib batmırsan,

Allah səni düzgün yönə yönəltsin,


Axirətdə Onun rəhminə
,Cənnətinə ümüd edirsən:

Sözsüz ki, namazın ən əsas fəziləti onun Cənnətə daxil olmaq üçün ən böyük səbəb olmasıdır.

Uca Allah buyurur: “
Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar günahkarlar barəsində. Sizi Səqərə salan nədir? Onlar deyəcəklər “Biz namaz qılanlardan deyildik.”

Ayədən açıq-aydın görünür ki
, insanı Cənnətdən uzaqlaşdırıb Cəhənnəmə salan ən böyük amillərdən biri namaz qılmamaqdır.

Ey Allahın qulu, çıx bu qaranlıq yoldan
, tövbə et və yönəl Allahın düzgün dininə. Kim bilir,bəlkə bu səhər sənin son səhərindir, bəlkə bu axşam sənin son axşamındır.

Artıq sən agah oldun və xəbərdarsan! Allah Qurani-Kərimdə buyurur: “
Rəbbinin ayələri ilə öyüd–nəsihət verildikdən sonra onlardan intiqam alacağıq!” (Səcdə,22). Ey Namaz qılmayan müsəlman! Qorx Allahın intiqamından, sən hansı əməlin savabına Cənnət qazanmaq istəyirsən?Ey Allaha ibadət etməyib qəlblərini təmiz sayan insanlar,məgər sizin qəlbiniz Peyğəmbərin qəlbindən təmizdirmi? Əgər Peyğəmbərin Allaha ibadətə ehtiyacı var idisə,siz necə ibadəti,namazı vacib hesab etmirsiniz. Ölümün nə zaman gələcəyi bəlli deyil. Dünya həyatının aldadıcı gözəlliyinə əbədi həyatımızı qurban verməyə dəyməz. İbadətlərin ən önəmlisi olan namazı sevək və yerinə yetirək ki, o da öz fəziləti ilə bizlərə axirətdə sevənlərdən olmağımıza bir vasitə olsun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.