İslamda Kişi, Qadın və Uşaq...!!!

02 Eylül 2014
3 284
0
İslamda Kişi, Qadın və Uşaq...!!!
İslamda Kişi, Qadın və Uşaq...!!!


Qadının namaz zamanı kişidən arxada dayanması heç zaman onun kişidən alçaqda dayanmasına ifadə etmir. Bu namazın qaydasıdır. Əhəmiyyətliliyi xarakterizə etmir. Kişi sıralarında hökümət başçısı kasıbla çiyin-çiyinə dayanır. Cəmiyyətdə yüksək vəzifə tutan kişilər, məsciddə aşağı təbəqədən olan başqa kişilərlə yan-yana dayanır. Namaz zamanı sıraların yerləşməsi elə təyin edilir ki, bütün ibadət edənlərə öz fikirlərini cəmləşdirməyə imkan yaransın. Namaza müxtəlif hərəkətlər, ayaq üstə dayanmaq, əyilmək, üzü üstə düşmək və s. daxildir. Odur ki, əgər kişilər qadınlarla bir sırada ibadət edirlərsə, bu ibadətə mane olar və diqqəti yayındırar.
Müsəlman ibadətlərinin təbiəti və təyinatı ilə azacıq anlayışı olan hər bir kəs mömin sıralarının belə təşkilində asanlıqla müdrikliyi anlaya bilər.
Anaların gələcək nəsillərin tərbiyə edilməsində rolu əvəzedilməzdir. Analar
ALLAH və cəmiyyət qarşısında uşaqların tərbiyəsi sahəsində böyük məsuliyyət daşıyırlar. ALLAH-TƏALA QURANİ-KƏRİMdə buyurmuşdur: «Ey iman gətirənlən! Özünüzü və ailənizi oddan qoruyun....» (Təhrim, 6).
uşaqların islami qayda-qanunlarına uyğun tərbiyəsini lazımi səviyyədə yerinə yetirmək üçün analar özlərini bütün ibadətlərdə və həyat tərzində şəriəti əsas götürməlidirlər. uşaqların tərbiyəsində aşağıdakılara xüsusi diqqət yetirilməlidir:

1)
Uşaqlara «Lə iləhə illəllah və Muhəmmədən Rəsulullah» şəhadət kəlməsini öyrətmək və uşaq böyüdükcə bu şəhadətin mənasını ona izah etmək.
2)
Uşağa ALLAHın yeganə Xaliq - Yaradan olmasını, ibadətlərin yalnız vahid ALLAHa aid olmasını öyrətmək.
3)
Uşaqlara yeddi yaşa çatdıqda namaza biganə münasibət bəslədikdə hətta onları cəzalandırmaq və yataqlarını ayırmaq lazımdır.
4)
Allaha çoxlu dua etməyi, cənnət arzulamağı, yalan danışmamağı, ata-anaya hörməti öyrətmək lazımdır.
5)
Qız uşaqlarını kiçik yaşlardan hicaba və İslami libasa vərdiş etdirməli, qısa paltara icazə verilməməlidir.
6)
Uşaqlara bir iş gördükdə məsələn, bir əşyanı bir nəfərə verdikdə və ya ondan aldıqda, yemək yedikdə və içdikdə sağ əldən istifadə etməyi öyrətmək lazımdır.
7)
Hər hansı bir işə başladıqda uşağı, məsələn, yemək yedikdə «Bismilləh» kəliməsini deməyi öyrədin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.