Ədəbsiz cavanın ölümü

09 Nisan 2015
1 875
0
Ədəbsiz cavanın ölümü
Ədəbsiz cavanın ölümü


Səid ibn Səhl Bəsəri belə nəql edir: "Bizim dövrdəki xəlifənin uşaqlarından birinin şərəfinə böyük qonaqlıq təşkil olunmuşdu. Bu məclisə çoxlu qonaq, o cümlədən İmam Hadi (ə) də dəvət olunmuşdu. İmam Hadi (ə) bu məclisdə iştirak etməyə məcbur idi.
İmam (ə) məclisə daxil olanda qonaqlar hörmət əlaməti olaraq sükut etdilər. Amma qonaqlar arasında cavan bir oğlan İmam Hadiyə (ə) məhəl qoymadan boşboğazlıq edir, ucadan gülürdü.
İmam Hadi (ə) üzünü həmin cavana tutub dedi: "Bu nə gülüşdür ki, sənin bütün vücudunu bürüyüb və Allahı tamamilə yaddan çıxarmısan. Halbuki üç gün sonra qəbir əhli ilə birgə olacaqsan.”
Cavan oğlan İmamın (ə) bu sözlərinə lap mat qalmışdı. O, artıq dinib danışmırdı. İmam Hadinin (ə) dediyi kimi, üç gün sonra həmin cavan oğlan öldü.”("Mənaqib ibn Şəhraşub”, c. 4, səh. 414.)

Zalıma təbrik

İmam Baqirin (ə) tanınmış şagirdlərindən olan Məhəmməd ibn Müslüm belə nəql edir:
"Günlərin birində şiələrdən bir qrupu İmam Baqirin (ə) mənzili önündə toplaşmışdılar. İmam Baqir (ə) dəstə-dəstə harasa tələsən camaatı görəndə ətrafındakılardan soruşdu:
"Mədinə şəhərində nə hadisə baş verib?”
"Zalım Abbasi xəlifəsi tərəfindən Mədinə şəhərinə yeni hakim təyin edilib. Bu camaat da təzə gələn hakimi təbrik etmək üçün onun hüzuruna gedirlər”–deyə mən cavab verdim.
İmam Baqir (ə) buyurdu: "Camaatın təbrik demək üçün zalım hakimin hüzuruna getməsi, düzəx (cəhənnəm) qapılarının birindən içəri girmək misalındadır.”(Vəsailüş-şiə", c. 12, səh. 135.)
İmam Baqirdən (ə) Abbasi sarayına getmək və orada xidmət etmək barədə soruşanda, belə cavab verdi:
"Heç vaxt, hətta bir xətt çəkmək miqdarında belə onlara kömək etmək lazım deyil.”("Dastanhai sahibdilan”, c. 2, səh. 56.)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.