Kobudluq....

02 Eylül 2014
1 852
0
 Kobudluq....
 Kobudluq....



Aişə (r.a) deyir ki, mən bir dəvənin üstündə idim. Bu dəvə tərslik edirdi (deyə mən vurdum).

Peyğəmbər (s.a.s) dedi:
“Yumşaq davran! Əlbəttə, yumşaqlıq (hansı) bir şeydə olsa, onu gözəlləşdirər.
Və nədən getsə, onu alçaldar”.

Əbu Nədra rəvayət edir ki, Cabir, yaxud Cuveybir adlı bir kişi dedi:
“Ömərin (r.a) xilafəti zamanı mən ondan bir şey xahiş etmək istədim.
Odur ki, gecə ikən Mədinəyə gəldim. Səhər onun yanına getdim.
Doğrudan da mənə yaxşı başa düşmək və gözəl dil – danışıq – qabiliyyəti verilmişdi.
Mən dünya haqqında danışmağa başlayıb onu kiçiltdim. Onun heç bir şeyə bərabər olmadığını söylədim.
Ömərin (r.a) yanında ağ saçlı, ağ paltarlı bir kişi var idi.
Mən sözümü qurtardıqdan sonra kişi dedi:
“Bütün bu dediklərin düz gəlir. Yalnız dünya barədə dediklərin müstəsnadır.
Heç bilirsənmi dünya nədir? Dünya elə bir şeydir ki, orada bizim Axirətə hazırladığımız tədarükümüz, yaxud azuqəmiz vardır.
Orada Axirətdə əvəzini görəcəyimiz əməllərimiz də vardır”.
(Cabir) dedi:
“Dünya barədə məndən daha savadlı olan adam danışmağa başladı.
Mən dedim: “Ey möminlərin əmiri! Bu, yanındakı adam kimdir?”
O dedi: “Müsəlmanları hörmətlisi, Ubey ibn Kə'bdir”.

Bəra ibn Azib (r.a) rəvayət edir ki..
Peyğəmbər (s.a.s) dedi: “Dikbaşlıq şərdir”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.