Bəzi ibadətləri yerinə yetirən,lakin təsəttür etməyən qadın cənnətlikdirmi?

24 Nisan 2015
1 350
0
Bəzi ibadətləri yerinə yetirən,lakin təsəttür etməyən qadın cənnətlikdirmi?
Bəzi ibadətləri yerinə yetirən,lakin təsəttür etməyən qadın cənnətlikdirmi?
Yetginlik yaşına çatmış olan qadının örtünməsi (əl və üz xaric) Allah'ın bir əmri olduğundan dolayı, başını açan bir qadın bir fərzi tərk etdiyindən məsul hesab olunar. Digər tərəfdən Allah'ın digər bir əmri olan namazını qılmaqla da namazın məsuliyyətindən xilas olar və namaz qılma savabını alar.
Namaz qılarkən Allah'ın əmr etdiyi şəkildə örtünən, lakin küçəyə çıxarkən başını açan bir qadının namazının qəbul olunmaması deyə bir hal da mövcud deyil.
Bu barədə Xülasatü'l-Əcvibə'də belə bir fətvaya yer verilmişdir.
"Maasiyi mürtəkip olan yəni günahları işləyən" ​​kimsənin salat (namazı) və ibadatı (ibadətləri) səhih olub savabına nail olar. (Xülasatü'l-Əcvibə s. 8.)
Digər tərəfdən
"Şübhəsiz, yaxşılıqlar pislikləri silər" (Hud Surəsi, 114.)
məalındakı ayənin işarəsiylə də namaz və bənzəri digər ibadət və yaxşılıqlar insanın işləmiş olduğu günahların bağışlanmasına vəsilə olmaqdadır. Ayrıca namazın insanı günahlardan saxlaması da bir həqiqətdir və bir faktdır. Bu həqiqət bir ayət-i kərimədə belə bəyan edilir:
"Namazı qıl. Şübhəsiz ki, namaz çirkin (fəhşə) və pis (munkər) işlərdən çəkindirir." (Ənkəbut Surəsi, 45.)
Ancaq, qılınan namazın qısa zamanda insanı bütün pisliklərdən çəkib çıxaracağı deyilə bilməz. Zamanla "Namazın bir kəraməti və bərəkəti" olaraq adam bir çox günahlara bulaşamamaqda və onlardan uzaq qalmaqdadır. Çünki, gündə beş dəfə dəstəmaz alaraq Allah`ın hüzuruna çıxan, əl bağlayıb namaz qılan bir insan Rəbbinin qadağan etmiş olduğu əməlləri işləyə bilməz.
Məhz bunun üçündür ki, namaz qılan, lakin məhrəm yerlərini örtməyən bir qadının namazının qəbul edilməyəcəyi deyilə bilməz. Onsuz da zaman içərisində özü bunun xəcalətini hiss edəcək və örtünəcəkdir.

Qadının yetginlik yaşı 9 yaşdan başlayır. Bu yaşı keçən bir qız mütləq bir şəkildə örtünməlidir. Gələcək də hələ gəlməyib, sizin və bizim o gələcəyə çatacağımız də məlum deyil.
Həşrdə bir adamın savab və günahlarının hansı ağır gələrsə ona görə rəftar görəcəyindən, belə bir qadının halı orada bəlli olacaq.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.