Keçmis və gələcək bu gündür!

04 Eylül 2014
1 454
0
Keçmis və gələcək bu gündür!
Keçmis və gələcək bu gündür!


Bir anlıq yaşadığım hər şey göz önümdən uçub getdi. Sanki bu qədər həyatı heç mən yaşamamışammış kimi…
Bir anlıq düşündüm də zaman sadəcə bu gündən ibarət imiş ki… Nə keçmiş var, nə gələcək!
Məsələn, bu qədər yaşadığımız anlar necə olur ki, göz önündən bir anda ötüb keçir… O bəzi kinolarda olur ee, kimsə keçmişə və ya gələcəyə gedir, maraqlıdır həqiqətən belə bir şey olsaydı necə olardı?
Məsələn, mən keçmişə getsəm onlar üçün mən gələcəkdən gəlmə və ya gələcəyə gedə bilsəydim keçmişdən gəlmə kimi görünəcəkdim. Yəni zaman eynidir sanki düz uzun ip kimi, amma arada elə bil düyün vurularaq bəzi oyunlar və ya oyunçular dəyişilir…
Hər günümüz bu gündür. Keçmiş də, gələcək də yalnız bu gündür, bu günümüzü elə yaşayaq ki, heç peşiman olmayaq!

Və indi sizlərə başqa saytdan mənim yazdığlarımı təsdiqləyəcək məqaləni təqdim edirəm…
Bu ana qədər yer üzündə yaşanmış bütün hadisələr Allah Qatında bir anda yaşanmaqdadır.
Hz. Musanın (ə.s), Hz. İbrahimin (ə.s), Hz. Əyyubun (ə.s), Hz. Nuhun (ə.s), Hz. Süleymanın (ə.s), Hz.
Məhəmmədin (s.ə.v.)
və digər peyğəmbərlərin həyatlarından verilən nümunələr də onların yaşadıqları hadisələrin zamanı ilə bizim yaşadığımız zaman da eynidir və bizim nəvələrimizin, hətta onların nəvələrinin və qiyamətə qədər yaşayacaq bütün insanların həyatları da eyni zamanda davam edir. Üstəlik bu insanlar Allaha iman edənlər bu anda cənnətdədirlər, inkarçılar isə bu an cəhənnəmdə əzab çəkirlər.

Peyğəmbərimizin (s.ə.v.) yaşadığı hadisələrin heç biri itməmişdir, sonsuza qədər Allah Qatında dayanacaq. Bu hadisələr bizə 1400 il əvvəl olmuş kimi qəbul etdirilir, amma əslində bu an Peyğəmbərimiz (s.ə.v.) Miracdadır, bu an yanındakı yoldaşı ilə birlikdə mağaraya sığınmışdır. Peyğəmbərimiz (s.ə.v.) bu an Bədəvilərə təbliğ edir. Bu hadisələr yaşanmış və bitmiş hadisələr deyil. Əksinə sonsuza məhkum edilmiş, yox olması mümkün olmayan hadisələrdir. Ancaq bunların heç biri bizim yaddaşımızda olmadığı, ya da canlandırılmadığı üçün biz görmürük, şahid olmuruq, ya da yaşamırıq.

Eyni vəziyyət tarixən yaşanmış bütün hadisələr və yaşamış bütün insanlar üçün də etibarlıdır. Köhnə Yunanıstanda filosoflar, Şumerler zamanında mismar yazısını tapanlar, Misir kraliçası Kleopatra, intibah dövrünün sənətkarları XIX əsrin elm adamları və ya XX əsrin diktatorları və digər dövrlərdə yaşamış bütün insanlar, hətta babanız, onun babası və siz əslində eyni anda yaşayırsınız.

Bu hadisələrin heç biri yox olmamışdır. Səlib yürüşləri, xalqların böyük köçü, əsr müharibələri, I və II Dünya Müharibələri bir-birindən tamamilə ayrı dövrlərdə yaşanmış kimi görünsə də, əslində bu an olan hadisələrdir və sonsuza qədər də olmağa davam edəcəklər. Müxtəlif zamanlarda yaşadıqları düşünülən Misir, Astek, Yunan və Anadolu sivilizasiyaları da əslində eyni anda yaşamışlar.

Belə ki, 1000 il əvvəl Mesopotamiyada yaşayan bir cütçünün tarlasını əkərkən yağan yağış və cütçünün o yağış altında islandığı an da Allah Qatında dayanmaqdadır. Məsələn, Akkadlar dövründə bir söyüd ağacının budaqları arasında tor quran bir hörümçək torunu bu an hörür. Həmin hörümçək bu an torun küncünə çəkilmiş ovunu gözləyir. Yenə sizin bu hörümçəyi gözünüzdə canlandırmağa çalışdığınız bu an o hörümçək yumurtlamış, yumurtalarını kürəyinə yığmış və onlarla məşğuldur. Yenə o hörümçəyin yumurtaları bu anda çatlamış, içindən bir çox kiçik hörümçək çıxmışdır.

Heç bir hadisə unudulmur, hamısını Allah bir çox hikmətlə yaratmışdır. Bu səbəblə heç bir şey israf olmaz, yox olmaz. İnsanların bu an bunları görmədikləri, bilmədikləri onların olmadığı mənasını verməz. Allah zamandan münəzzəh olduğundan Onun Qatında hər şey bir anda olmuş və bitmişdir.
İnsanlar zamandan asılı olduqları üçün hadisələri keçmiş, indi və gələcək zamanda izləyərlər. Halbuki daha əvvəl qədər hissəsində də qeyd etdiyimiz kimi, keçmiş zənn etdiyimiz hadisələr bizim üçün keçmişdir, gələcək zənn etdiyimiz hadisələr də bizim üçün gələcəkdir. Allah üçün keçmiş, gələcək, indi hamısı birdir. Məhz bu səbəbdən Allahdan heç nə gizli qalmaz. Bir ayədə bu həqiqətə diqqət çəkilmişdir:

(Loğman dedi:) "Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır. (Loğman surəsi, 16)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.