Səmûm nədir.İslâm`da belə bir şey varmı?

29 Nisan 2015
1 093
0
Səmûm nədir.İslâm`da belə bir şey varmı?
Səmûm nədir.İslâm`da belə bir şey varmı?

Semûm, bir növ atəşdir.
"And olsun ki biz, insanı bişməmiş palçıqdan, qoxumuş quru palçıqdan yaratdıq. Canı da (insandan) daha əvvəl semûm atəşindən yaratdıq. "(Hicr, 26-27)
Ayədən aydın olduğu kimi Cân (cinlər), insanoğlundan əvvəl yaradılmışdır. İnsanın yaradılışının, kainatın yaradılışında son halqa olduğu düşünülsə, Cân (cinlər) sondan bir əvvəlki halqa olaraq yaradılmışdır.
Ayədəki "semûm atəşi" barəsində, bəziləri, "Bu, atəşin alovudur." demişlər; bəziləri də "O, öldürücü dərəcədə isti olan sam küləyidir." demişlər. Əvvəlki ayənin də köməyi ilə, ibareden aydın olan bunun bir növ atəş olduğudur. Lakin, bədənin məsamələrinə, yəni dəridəki o kiçik dəliklərə nüfuz edib, içinə işlədiyi üçün buna, "semûm" adı verilmişdir. İnsanın içinə işləyən küləyə də buna görə "sam küləyi" deyilmişdir.
Bir rəvayətdə, "Semûm, tüstüsüz atəşdir. Ulduzlar da bu atəşdən yaradılar." deyilmişdi, bu da , "semûm atəşi" ilə keçən ayədəki "atəşin mârici"nin eyni olduğunu göstərir. Buna görə eyni şeyi izah edən bu sözlərdən biri, o atəşin sadə, saf və tüstüsüz bir atəş olduğunu, digəri də yandırıcı və qovurucu olduğunu anlatmış olur.
Âlûsî "semûm atəşi"ni, "fövqəladə hərarətli atəş" deyə təfsir edərkən buna işarə etməkdədir.
Bəzi hədislərdə Cân'nın yaradıldığı atəşin, bildiyimiz atəşlərdən çox daha isti olduğu bildirilməkdədir. Əbu Davud Ət-Tayalisî'nin İbn Məs'ud(
Allah ondan razı olsun)'dan nəql etdiyi bir hadisə görə, "Bu (dünyada gördüyümüz) atəşlər, Cân'nın yaradıldığı atəşdən yetmiş dəfə daha zəyifdir."
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.