Artıq yeməkləri atmayıb heyvanlara verməniz belə ölülərinizə yarayacaq deyə eşitmişəm doğrudur?

29 Nisan 2015
1 829
0
Artıq yeməkləri atmayıb heyvanlara verməniz belə ölülərinizə yarayacaq deyə eşitmişəm doğrudur?
Artıq yeməkləri atmayıb heyvanlara verməniz belə ölülərinizə yarayacaq deyə eşitmişəm doğrudur?

Artıq yeməkləri atmayıb heyvanlara vermək gözəl bir davranış və sədəqə olub savabı vardır. Uşaqların etdiyi xeyirli əməllərdən ana-ataya da pay düşdüyü üçün bu söz doğrudur.Yəni bir övlad xeyirli bir əməl edib savab qazandığı zaman bundan ana ata da pay alar.
Bir hədisdə davamlı əcr(savab) qaynağı olan əməllər belə təyin olunar: “İnsan öldükdən sonra üç şey istisna olmaqla onun əməl dəftəri bağlanır: sədəqeyi-cariyə (yol salmaq, körpü tikdirmək və sair bu qəbildən olan və insanların daim faydalanacağı işlər etmək); faydalı bir elm;dua edən xeyirli övlad”(Darımı, Müqəddimə, 46).
Ölən birinin adına sədəqə vermək caizdir?
Bəzi ibadət və itaətlərin ölən kimsə adına edilməsi mümkün və caizdir. Bunların savabı ölüyə çatar. Ölü adına verilən sədəqələr başda gəlir. Hz. Peyğəmbərə bir adam gələrək belə demişdir: "Ey Allahın elçisi! Anam qəflətən öldü, vəsiyyət də etmədi.Məncə, danışmış olsa sədəqə verilməsini vəsiyyət edərdi. Görəsən onun adına mən sədəqə versəm, anama savab olarmı?" Hz. Peyğəmbər; "Bəli" cavabını vermişdir" (Buxari, Cenaiz, 95; Vesaya, 19; Müslim, Zəkat, 51; Vasiyye, 12, 13; Əbu Davud, Vesaya, 15; Nəsai, Vesaya, 7).
Hz. Ənəs (r.a), Rəsulullah (s.a.v)a; "Biz ölülərimizə dua edir, onlar adına sədəqə verir və həcc edirik. Görəsən bunların savabı onlara çatırmı?" deyə soruşmuş, Allah elçisi belə cavab vermişdir: "Şübhəsiz, onlara çatar və onlar sizdən birinizin hədiyyəyə sevindiyi kimi ona sevinərlər" (Səhihi Müslim Tərcümə və Şərhi, V, 366).
Hənəfilərə görə, bağışlanan hər növ ibadətin savabı ölülərə çatar. Ancaq ölən kimsə adına zəkat, nəzir, həcc kimi maliyyə istiqaməti olan ibadətləri etmək mümkün isə də; namaz, oruc kimi ibadətləri onun yerinə etmək kafi deyil. Bunları şəxsən həyatda ikən etmək lazımdır. Çünki bu ibadətlər, fərdi, bədən və ruh baxımından yetkinləşdirər, müsbət təsirləri şəxsən bunları edənlərin özlərində görülər. Başqalarının bunları etməsi ilə əsl öhdəlikli insana fayda verilmiş olmaz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.