Fərz namazlarından başqa hansı namazların qəzası qılınar?

30 Nisan 2015
1 278
0
Fərz namazlarından başqa hansı namazların qəzası qılınar?
Fərz namazlarından başqa hansı namazların qəzası qılınar?
Vaxtı içində qılınmayan beş vaxt namazın qəzası fərz, vitr namazının qəzası vacib, sünnənin qəzası da sünnədir. Qəzası sünnət olan, ancaq sübh namazının sünnəsidir. Günün səhər namazı qəzaya qalmış isə günortaya qədər qılınınca fərziylə birlikdə sünnəsi də qəza edilər. Günortadan sonraya qalınca sünnə qılınmaz, yalnız fərz qəza edilər. Zamanında qılına bilməyən bəzi vaxt sünnələri də daha sonra qılınaraq qəza edilər. Məsələn, camaata çatmaq üçün günorta namazının ilk sünnəti qılına bilmədiyi təqdirdə, fərzi qılıb iki rükət sünnədən sonra ayrıca qılınar. Cümə namazının ilk sünnəti xütbədən əvvəl qılına bilmədiyi zaman, yenə Cümənin iki rükət fərzindən sonra qəza edilərək qılınar, iki rükət qılınaraq yarıda buraxılan günortanın və cümənin ilk sünnəti eynilə bu şəkildə dörd rükət olaraq qəza edilər. Bu sünnələrin xaricindəki digər vaxt namazlarının sünnələri qılına bilinmədiyi zamanlar qəza edilməzlər. Məsələn əsr və işa namazının sünnətləri fərzdən əvvəl kılınmadıkları zaman daha sonra qılınmazlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.