Dua etmək nə deməkdir?

06 Mayıs 2015
2 595
0
Dua etmək nə deməkdir?
Dua etmək nə deməkdir?

Dua -insanın Allaha üz tutması ,öz acizliyini,dərdini söyləyərək, ondan yardım diləməsidi
r.İnsan ancaq Allaha dua edər,Allahdan basqa bir varlığa dua edilməz.
Allah-Təala buyurur ki,sizin günahlarınız yer ilə göyün arasını dolduracaq qeder olsa belə Allahın mərhəmətindən ümidinizi kəsməyin.Çünki onun mərhəməti sonsuzdu.
Dua etmək nə deməkdir?
Allah səmimi şəkildə tövbə edənlərin günahlarını bağışlayar.
İnsan gərək hər zaman Allahını düşünsün, ürəyində onunla söhbet eləsin,hər dərdini,ağrısını ona söyləsin.
Əslində insan ömrünün hər məqamı üçün dua var.Səhər gözunu açıb yuxudan ayıldınmı, elə ürəyindəcə:"Allahım mənim bu günümə xeyirli işlər yaz,məni xətadan,bəladan qoru!"-deyə dua edirsen.Bir işə başlayırsanmı,"Bismillah" deyirsen.
"Bismillah" "Allahın adı ilə" deməkdir,yəni sən
Allahın adını çağıraraq işə başlayırsan.
Bu çox gözəl duadır.Birinə salam verirsen: Salam-eleyküm. Bu da duadır,yəni Allah səni qorusun,xetadan, bəladan uzaq tutsun.
Dua etmək nə deməkdir?
Səhər evdən çıxırsan,yenə "Bismillah" deyirsen və ürəyində dua edirsən:"Allahım, axşam xeyirli-uğurlu halda evə qayıtmağı mənə qismət elə".
Ürəyin istədiyin kimi dua edə bilərsən,amma gərək duan səmimi olsun.
Dua hem de ibadətdir.Allah-Təala onu çağırıb yardım diləyən bəndəsini cavabsız qoymaz.
Allah hamının dualarını qebul etsin......
Dua etmək nə deməkdir?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.