Ramazanda edilən dualar

25 Haziran 2015
2 399
0
Ramazanda edilən dualar
Ramazanda edilən dualar
Ey şah damarımızdan bizə daha yaxın olan Uca Rəbbimiz! Biz Sənin rəhmətinə, sevginə möhtac qullarınıq, əllərimizi Sənə açmışıq, Səndən istəyirik, bilirik ki istədiklərimizi Səndən başqa hec kəs bizə verə bilməz, çünki Sən tayı bərabəri olmayan Allahsan, Sən Qadirsən! Bizləri bağışlaYa Rahim, Ya Rahman, Ya Tevvab! Sən əfv edənsən, əfvi sevənsən, bizi də əfv eylə, çox tövbə edən, çox təmizlənən qullarından eylə bizləri! Ya Mətin! Ibadətlərimizi qəbul eylə, ibadətlərimizdən razı qal, Səndən nur üzlü Peyğəmbərmizlə s.a.v Firdovs cənnətində bir yerdə olmağı istəyirik! Dünyasını dəyişmiş yaxınlarımızın yerini cənnət eylə, qəbirlərni nurla doldur, dönüşümüz Sənədir ey Rəbbimiz, sonumuzu gözəl eylə! Hər iki dünyanın gözəlliklərini bəxş eylə! Ya Səbur! Ya şəkur! Bizi çox səbr edən kəslərdən eylə! şükürlərimizi artır! Ya Allah! Səndən cox razıyıq, hər nə olur olsun Səndən həmişə razı qalacağıq! Heç bir nemətini inkar etmirik, ruzimizi bərəkətli, bol eylə Ya Rəzzaq! Ya Vəhhab! Ey Rəbbim! Bizi çirkin əməllərdən çəkindir! Sözündə, əməlində doğru olan kəslərdən eylə bizi! Ya Rafi, Ya Halim! Bizi pis niyyətli insanlardan uzaqlaşdır! Ya Qahhar! Zülm edən zalımları Özün cəzalandır! Ya Allah! Cin və insan şeytanların vəsvəsəsindən Sənə sığınırıq, bizi qoru! Ya Vali! Bütün işlərimizdə bizə xeyir ver! Allahım! Xəstələrmizə şəfa, subaylarmıza gözəl ailələr, övladı olmayan ailələrmizə saleh övladlar ver mərhəmətinlə! Ey Rəbbim! bizi həddi aşanlardan eyləmə! Bizi razı qalacağın səviyyəyə qaldır! Allahım! Ya Mucib! dualarmızı qəbul etməklə sevindir biz aciz qullarını! Amin!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.