Əl ilə görüşmək

07 Eylül 2014
1 660
0
Əl ilə görüşmək
Əl ilə görüşmək


236 Əl ilə görüşmək

1109. Əl ilə görüşmək

3574. Allahın Peyğəmbəri (s): «Bir-birinizlə üz-üzə gələndə, salam verib əl tutmaqla görüşün. Bir-birinizdən ayrılan zaman, günahlarınızın bağışlanması arzusu ilə ayrılın.»

3575. Allahın Peyğəmbəri(s) : «Bir-birinizlə əl verməklə görüşün. Çünki əl vermək kin-küdurəti aradan götürər.»

3576. Allahın Peyğəmbəri(s): «Bir-birinizə əl verin ki, bu kini aparar.»

3577. İmam Baqir (ə): «İki nəfər kişi əl ilə görüşəndə, əlini saxlayan şəxsin savabı əlini buraxandan daha çoxdur. Bilin ki, bu əməl (yəni əl ilə görüşmək) onların günahlarını tamamilə qurtaranadək yuyub aparar.

3578. İmam Sadiq (ə): «Müsəlmanlar Allahın Rəsulunun (s) qoşununda müharibəyə çıxanda sıx ağaclıq olan yerdən keçib açıqlığa çıxan zaman Bir-birinə baxıb əl verərdilər»

3579. İmam Sadiq (ə): «Peyğəmbər (s) hər bir şəxsə əl verən zaman, həmin şəxs əlini çəkməyincə heç vaxt birinci öz əlini çəkməzdi.»

1110. Qadına əl verməyin qadağan olması

3580. Allahın Peyğəmbəri(s): «Mən qadınlara əl vermirəm.»

3581. İmam Sadiq (ə): «Evlənməyi halal olan (yəni, məhrəm olmayan) qadına, yalnız paltarın üstündən istisna olmaqla, əl vermək olmaz. Belə olan surətdə də əli sıxmaq olmaz.»
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.