:...Fani dünya və onun həlak edici cazibəsi...:

25 Haziran 2015
3 077
0
:...Fani dünya və onun həlak edici cazibəsi...:
:...Fani dünya və onun həlak edici cazibəsi...:

:...Fani dünya və onun həlak edici cazibəsi...:
:...Fani dünya və onun həlak edici cazibəsi...:–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Ölmüş şəxsin cənazəsi (dəfn olunmaq üçün) aparılan zaman ruhu cəsədinin üstündə dayanıb fəryad edər: Ey övladlarım, ey qohumlarım, olmaya dünya məni aldatdığı kimi sizi də aldada! Halal-haramı yığıb başqaları üçün qoydum, zəhməti mənim, ləzzəti isə başqalarının oldu! (Hesab-kitabını, əzabını mən çəkəcəyəm). Bəs çalışın, mənim günümə düşməyin. Biharul-ənvar /6/161.
***
Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Əgər insan əcəlinin necə də tez yetişəcəyini bilsəydi, dünyadan və dünya arzularından cana doyardı.
Biharul-ənvar /73/166.
:...Fani dünya və onun həlak edici cazibəsi...:
*** –İmam Kazim əleyhissalam buyurur: Dünya zahiri yumşaq, batini isə zəhərli olan ilana bənzər. Ağıllı, savadlı insanlar belə bir ilandan qaçar, uşaqlar və nadanlar isə ilanı tutmaq üçün onun üstünə gedərlər. Biharul-ənvar /78/311.
***
–İmam Sadiq əleyhissalam buyurur: Bütün pislik və günahların mənbəyi dünyaya bağlanmaqdır. Kafi /2/315. *** –İmam Hüseyn əleyhissalam buyurur: (Bə`zi) insanlar dünyanın quludurlar, dindarlıqları yalnız dillərindədir, maddi həyatları yaxşı olsa dindardırlar, çətinlik yarandıqda, imtahan edildikdə isə görərsən ki, dindar azdır. Biharul-ənvar /78/117.
***
:...Fani dünya və onun həlak edici cazibəsi...:
–İmam Həsən əleyhissalam buyurur: Cisminin yeməyi barəsində düşünən, ruhunun qidasını unudan şəxslərə təəccüb edirəm. Onlar qarınlarını zərər verici yeməklərdən qoruyur, amma sinəsini puç və həlakedici şeylərlə doldurur. Səfinətül-bihar /2/84.
***
–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Hərislik, qorxu və paxıllıq imanın azlığı və Allaha bədgümanlığın nəticəsidir.
Nəhcül-bəlağə /53.

*** –İmam Sadiq əleyhissalam buyurur: (Asimani kitabların bə`zisində gəlib ki,) əgər Adəm övladı sel tək axan qızıl və gümüş çayları olan iki geniş vadiyə sahib olsa, dözməyib üçüncüsünün də dalınca gəzəcək. Mən layəhzuruhul-fəqih /4/418.
***
–İmam Sadiq əleyhissalam buyurur: Hər kim dünyaya ürək bağlasa, üç xislətə mübtəla olar: 1. Tükənməz qəm-qüssə; 2. Nail ola bilməyəcəyi arzu; 3. Çata bilməyəcəyi ümid. Kafi /2/320.
***
–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Bir çox bədbəxt insanlar var ki, əcəlləri çatıb, amma onlar hələ də mal-dövlət toplamağa məşğuldurlar. Ğürərul-hikəm /240.
***
:...Fani dünya və onun həlak edici cazibəsi...:
–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Öz başına qərar qəbul etmə, təkcə öz fikri əsasında (məşvərətsiz) əməl edənlər məğlub olacaqdır. Təsnifu Ğürərul-hikəm /443.
***
–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Özünü böyük tutan şəxslər Allah yanında alçalar, kiçilər. Təsnifu Ğürərul-hikəm /443.
***
–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Xalqın fəlakətə uğraması və cəhənnəmə getməsi iki şeylədir: 1. Yoxsulluqdan qorxmaq; 2. Özünü yüksək tutmaq. Biharul-ənvar /72/39.
***
–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Özünü bəyənməkdən, zahiri yaxşılıqlara arxalanıb, özünü tə`rifləməkdən qorun. Çünki bu, Şeytanın ən mö`təbər fürsətlərindəndir. Ğürərul-hikəm /298.

***
–İmam Sadiq əleyhissalam buyurur: Qəlbində xaşxaş dənəsi qədər təkəbbür olanlar behiştə daxil olmaz. Kafi /2/310.:...Fani dünya və onun həlak edici cazibəsi...:

:...Fani dünya və onun həlak edici cazibəsi...:
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.