Mübarək Ramazan ayının duaları

25 Haziran 2015
1 935
0
Mübarək Ramazan ayının duaları
Mübarək Ramazan ayının duaları

Mübarək Ramazan ayının duaları

1) Ya Əliyyu ya Əzim, Ya Ğafuru ya Rəhim, Əntər-rəbbul-əzim, əlləzi ləysə kəmislihi şəy’ , və huvəs-səmiul-bəsir. Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftuhu və fəzzəltuhu ələş-şuhur. Və huvəş-şəhrul-ləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru Rəməzan, əlləzi ənzəltə fihil-Qu’ran hudən lin-nasi və bəyyinatin minəl-huda vəl-furqan. Və cəəltə fihi ləylətəl-qədr, və cəəltəhə xəyrən min əlfi şəhr, fəyazəl-mənni və la yumənnu ələykə munnə ələyyə bifəkaki rəqəbəti minnən-nari fi mən təmunnu ələyh, və ədxilnil-cənnətə birəhmətikə ya ərhəmər-rahimin.


Tərcüməsi

1) "Ey Uca, ey, Əzəmətli, ey Bağışlayan, ey Mərhəmətli! Sən, əzəmətli Rəbbsən. Elə bir Rəbb ki, bənzəri yoxdur, eşidən və görəndir! Bu ay, Səni başqa aylardan əzəmətli, kəramətli və üstün etdiyin bir aydır. Elə bir ay ki, bu ayda oruc tutmağı mənə vacib etmisən və bu ay insanları doğru yola yönəldən açıq-aşkar dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quranı nazil etdiyin Ramazan ayıdır. Bu ayda Qədr gecəsini qərar verib o gecəni min aydan xeyirli etmisən. Ey minnət sahibi, Sənə minnət qoyulmaz! Minnət qoyduğun kəslərin sırasında məni oddan azad etməklə, mənə minnət qoy və məni Cənnətə daxil et! Öz rəhmətinə xatir, ey rəhm edənlərin ən rəhimlisi!”


2) Əllahummə ədxil əla əhlil-quburis-surur. Əllahummə əğni kullə fəqir. Əllahummə əşbi’ kullə cai’. Əllahumməksu kullə uryan. Əllahumməqzi dəynə kulli mədin. Əllahummə fərric ən külli məkrub. Əllahummə ruddə kullə ğərib. Əllahummə fukkə kullə əsir. Əllahummə əslih kullə fasidin min umuril muslimin. Əllahumməşfi’ kullə məriz. Əllahummə suddə fəqrəna bi-ğinak. Əllahummə ğəyyir suə halına bi-husni halik. Əllahumməqzi ənnəd-dəynə və əğnina minəl-fəqr. İnnəkə əla kullə şəy’ in qədir.


Tərcüməsi

2) "İlahi, qəbristan əhlini sevindir. İlahi, bütün yoxsulları dövlətli dövlətli et. İlahi, bütün acları doydur. İlahi, bütün libası olmayanları geyindir. İlahi, bütün borcluların borcunu ödə. İlahi, bütün qəm-qüssə içində olanları qəm-qüssədən qurtar. İlahi, bütün qəribləri öz vətənlərinə qaytar. İlahi, bütün əsirləri əsirlikdən qurtar. İlahi, möminlərin işlərindəki nöqsanları düzəlt. İlahi, bütün xəstələrə şəfa ver. İlahi, öz sərvətinlə bizim yoxsulluğumuzu aradan qaldır. İlahi, öz gözəl halınla bizim pis halımızı dəyişdir. İlahi, borclarımızı ödə və bizi yoxsulluqdan qurtar. Həqiqətən sən hər şeyə qadirsən!”

İftar duası

Bismilləhir-rahmənir-rahim.

"Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirəti iğfirli.”

Tərcüməsi

Bağışlayan və mehriban Allahın adı ilə.

"İlahi, Sənə xatir oruc tutdum. Sənin verdiyin ruzi ilə iftar edirəm və Sənə təvəkkül edirəm. Ey mərhəməti çox olan Allah, məni bağışla.”



Kitabın adı:Çərəkə


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.