Orucu pozan amillər

12 Temmuz 2015
1 985
6
Orucu pozan amillər
Orucu pozan amillər


Həmd olsun aləmlərin Rəbbi olan Allaha, salat və salam olsun Onun Rəsulu Muhəmmədə (S.A.S), onun ailəsinə, yaxınlarına və səhabələrinə.
Əziz və hörmətli müsəlmanlar! Orucu pozan yemək-içmək əsas amilləri çoxlarımız bilirik. Amma bəzilərimiz bu amillərin hamısını bilmirik, bəzilərimiz də şübhə içində olur, beynində fikirlər yaranır, dəqiq olaraq orucu pozan bütün amillərdən xəbəri olmur.

Müsəlman bacı və qardaşlarımız, orucu pozan ən əsas amillər aşağıdakılardır:
- yemək və içmək
- cinsi əlaqə
- bədəni qüvvətləndirən iynələr, buruna damızdırılan dərmanlar və başqa bu kimi yemək-içməyə bənzər şeylər
- özünü qusdurmaq
- heyz və nifas qanı
- şəhvətlə bilərəkdən məni (sperma) ifraz etmək

Qeyd etmək lazımdır ki, bunlar orucu yalnız üç şərtlə pozur. Şərtlər isə aşağıdakılardır:
1. Oruc tutan şəxs onu pozan şeylər barədə məlumatlı olmalıdır;
2. Oruc tutmaq onun xatirində olmalıdır;
3. O, orucu qəsdən pozmalıdır.

Bundan belə nəticə çıxır ki, elmsiz olaraq, yaxud unudaraq, yaxud da zorla vadar edilərək orucu pozan şəxsin orucu düzgün sayılır və həmin günün qəzasını tutmaq lazım gəlmir. Bu xüsusda Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Həqiqətən, Allah mənim ümmətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini bağışlamışdır."(Bu hədisi ibn Macə rəvayət etmişdir)
Yuxarıda qeyd olunanlardan - cinsi əlaqə müstəsna olmaqla - hər hansı bir yolla orucu pozan şəxs bunun əvəzinə yalnız bir gün oruc tutmalıdır. Cinsi əlaqəyə gəlincə, qeyd etmək lazımdır ki, onun cəzası fərqlidir. Belə ki, bu günaha görə hər ikisi həm tövbə etməli, həm bir gün onun qəzasını tutmalı, həm də kəffarə olaraq ya qul azad etməli, ya altmış gün ardıcıl oruc tutmalı, ya da altmış kasıbı yedirtməlidir.

Öpüşmək orucu pozmur. Aişə rəvayət edir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm oruclu ola-ola zövcələrini öpərdi. (Bu hədisi Əhməd rəvayət etmişdir)

Dişlərin dibindən, burundan, boğazdan çıxan qanı udmaq orucu pozmur. Bunu məcburi halda qalıb və yaxud bilməyərəkdən etdikdə pozulmur, amma bunu bilərəkdən çıxarıb içmək orucu pozur. Eləcə də, tüpürcəyi, bəlğəmi və ya burundan axan seliyi udmaq orucu pozmur.

Analiz üçün qan vermək orucu pozmur.

Ağrı kəsici, sakitləşdirici və bu kimi iynələr vurmaq orucu pozmur, amma gərək iynə, bədəni qüvvətləndirən iynə olmasın.

Diş çəkdirmək, onu müalicə etmək, ona iynə vurmaq orucu pozmur. Misvakla dişləri təmizləmək, onun tərkibində olan suyu udmaq orucu pozmur. Amir ibn Rabiyə (r.a) deyir: "Peyğəmbərin səllallahu aleyhi və səlləm oruclu ola-ola misvakla dişlərini təmizlədiyini dəfələrlə görmüşəm." (Bu hədisi Buxari rəvayət etmişdir)

Diş mə′cunundan onu udmamaq şərti ilə istifadə etmək olar.

Oruclu ola-ola ətir vurmaq və ya onu iyləmək olar.

Oruclu ikən sürmə, xına, lak, müxtəlif kremlər və yağlar və sair ənlik-kirşandan istifadə etmək olar.

Oruclu ola-ola çimmək olar.

Yeməyin dadına baxıb sonra onu tüpürmək orucu pozmur.

Saç qırxdırmaq, dırnaq tutmaq, qoltuqaltında və qasıqda olan tükləri qırxmaq orucu pozmur.


Orucu pozan amillər
RƏYLƏR
gulawqa
oxumusdum bu xeberiii ellerin var olsun)
Jessica
Bunların hamısının bilirem bilmeyenler üçün çox vacib xeberdi Allah razı olsun
...KüsgÜn...
Allah razi olsun gozel xebercun
SEHRI
  • SEHRI
  • 12 Temmuz 2015 21:30
Bunları bilirdim.Xəbərə görə sağol Allah razı olsun.
Lami95
super xeberdi Allah razi olsun
FATIME
melumatalandim xeber menim ucun cox deyerli xeber idi
Loading...

ƏN SON XƏBƏRLƏR

HAMISI
Kitabdan Söz Yazılı Şəkilləri 2019 (69)
21:00
0

Kitabdan Söz Yazılı Şəkilləri 2019 (69)

14.11.2019 Gündəlik Bürclər (14 Noyabr 2019)
21:00
0

14.11.2019 Gündəlik Bürclər (14 Noyabr 2019)

İntim münasibətləri canlandırmaq üçün 5 üsul – Ekspertdən MƏSLƏHƏTLƏR
19:00
78

İntim münasibətləri canlandırmaq üçün 5 üsul – Ekspertdən MƏSLƏHƏTLƏR

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (319)
18:00
179

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (319)

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (338)
17:00
309

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (338)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
115

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Hansı dərmanı hansı saatda qəbul etməli – Vaxtın təsiri varmı?
15:00
51

Hansı dərmanı hansı saatda qəbul etməli – Vaxtın təsiri varmı?

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (57)
14:00
274

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (57)

Bürclər Xoşbəxt Olmaq İstəyirsə Bunlara Diqqət Etsinlər - Foto
13:00
259

Bürclər Xoşbəxt Olmaq İstəyirsə Bunlara Diqqət Etsinlər - Foto

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ