Allahım, sənə qəlbimi açdım

17 Temmuz 2015
3 014
0
Allahım, sənə qəlbimi açdım
Allahım, sənə qəlbimi açdım
Dedim: Çox tənhayam.

Dedin: Mən ki sənə çox yaxınam. (Bəqərə,186)

Dedim: Bəli bilirəm SƏN mənə yaxınsan,
amma mən SƏNDƏN uzağam, kaş ki mən də SƏNƏ yaxın ola bilsə idim.

Dedin: Səhər-axşam yalvararaq, qorxaraq,
səsini qaldırmadan urəyində Rəbbini yad et. (Əraf, 205)

Dedim: Bu da SƏNİN köməyini istəyər.

Dedin: ALLAHIN sizi bağışlamasını istəməzsinizmi? (Nur, 22)

Dedim: Əlbəttə ki, məni bağışlamağını cox istəyirəm.

Dedin: (Elə isə) RƏBBİNİZDƏN bağışlanmağınızı diləyin və ONA tövbə edin.
Həqiqətən, RƏBBİM (bəndələrinə) rəhm edəndir, (onları cox) sevəndir! (Hud, 90)


Dedim: Cox günahkaram, bu qədər gunahla mən nə edim?

Dedin: Məgər onlar bilmirlər ki, ALLAH qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar.
Və ALLAH tövbələri qəbul edəndir, rəhmlidir?! (Tovbə, 104)

Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.

Dedin: Gunahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük
olan (ALLAHDANDIR)! Ondan başqa heç bir tanrı yoxdur. (Ğafir, 3)

Dedim: Bu qədər gunahım var, hansının tövbəsini edim?!

Dedin: ALLAH bütün günahları bağışlayandır. (Zumər, 53)

Dedim: Yəni yenə gəlsəm, yenə məni bağışlayarsanmı?

Dedin: Axı günahları ALLAHDAN başqa kim bağışlaya bilər? (Ali-İmran, 135)

Dedim: Nə qədər gözəlsən ALLAHIM! Bilmirəm bu sözlərin qarşısında
nə üçün içim-içimə sığmır və şam kimi yanmağa başlayıram, Səni cox sevirəm.

Dedin: Şubhəsiz ki, ALLAH tövbə edənləri və təmizlənənləri sevir.

Birdən: “İLAHIM və RƏBBİM, mənim SƏNDƏN başqa kimim var”, -dedim.

Sən də: “ALLAH öz bəndəsinə kifayət deyilmi?” (Zumər, 36) dedin.

Dedim: SƏN ki məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər həlimsən mən nə edə bilərəm?

Dedin: Ey iman gətirənlər! ALLAHA çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin!
(Sübh, günorta, ikindi, axşam və gecə namazlarını qılın!). Sizi zulmətdən nura çıxartmaq
üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur.
(Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!).
ALLAH möminlərə rəhm edəndir! (Əhzab, 41-43)

Öz-özümə dedim: ALLAHIM, SƏNi çox sevirəm. SƏNə Şükürlər olsun !...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.