:..Ərəfa Günü..:

19 Temmuz 2015
2 176
0
:..Ərəfa Günü..:
:..Ərəfa Günü..:


Zilhiccə Qəməri ayının doqquzuncu günü Ərəfa günüdür. Yəni Qurban bayramından bir gün öncə mənasına gəlir. Bu gündə zəvvarlar Arafat dağına çıxırlar. Zəvvarların burdakı duruşlarına Vəqfa deyilir.

Peyğəmbər (s.a.s) Ərəfa günü haqqında demişdir:

Ərəfa günü Vəqfa sırasında Cənab Haqqın Cəhənnəmdən azad etdiyi qulların sayı digər günlərdə azad edilənlərlə müqayisə edilməyəcək qədər çoxdur. Allah Ərəfa günü vəqfa edənlərə yaxınlaşar. Sonra mələklərə qarşı iftixar edərək “bunlar nə istəyirlər ki, bütün işlərini buraxıb burada toplandılar?" (Müslim Həcc, 1348)

Peyğəmbər (s.a.s) buyurdu: "Cənabı Allahın Ərəfa günü oruc tutanların ikinci və daha sonrakı illərinin günahlarını örtəcəyini ümid edirəm." (Müslim Siyam, 1162)

Hazırda Həccdə olan "Azerislam" əməkdaşının verdiyi məlumata görə, miladi təqvimi ilə 18 dekabr 2007-ci ildə zəvvarlarımız gecələdikləri Mina ərazisindən Arafata yola düşürlər.


Ərəfa günü Vəqfa edəcək hacıların oruc tutmaları müstəhəbdir. Fəqət hacı olmayanlara mübahdır.
Ərəfa günü Arafatda Vəqfaya duran hacılar topluluğu məhşərin kiçik bir örnəyini göstərir. Bütün hacılar, qara, ağ, sarı dərili müsəlmanlar tamamilə bərabər şərtlərdə, kəfəni xatırladan eyni geyimlərdə, naziri, məmuru, zəngini, fəqiri, hamısı bir arada başları açıq, ayaqyalın vəqfaya duraraq Allaha yalvarıb günahlarının bağışlanmasını istərlər. Sosial yöndən böyük bir bərabərlik ərz edən bu mənzərə İslamın insana baxış mövqeyini göstərməkdədir



R.t..Zemichka.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.