Münacat

28 Temmuz 2015
2 476
0
Münacat
Münacat

Münacat
"Bismillah” sözüylə başlanır Quran
"Rəhmanir–Rəhim” də deyir oxuyan.
Mən də ilk sözümü yazım "Bismillah”
Ardını yazmağa kömək ol Allah!
Sən qoyma qələmim əlimdə əssin
Qələmdən yapışan əlim titrəsin.
Qəlbimin sözlərin yazmayınca mən
Məndən uzaq elə hər bəlanı sən.
Qapında dayanıb qul kimi sənə
Yalvarıram rəhm et kömək ol mənə.
Yazığam sən məni çatdır vüsala
Münacat
Qoyma başladığım yarımçıq qala.
Sənə bağlamışam öz həyatımı

Qəbul et bu qısa münacatımı.
Ya Allah! Ey Tanrım! Rəbbim ey Xuda!
Doxsan doqquz adın vardır dünyada.
Nə qədər ən gözəl yaxşı sifət var
Sənin adlarında tutubdur qərar.
Səndə sifətləri dərk edən hər kəs
Sənə yaxın olar kənarda gəzməz.
"İxlas” surəsini oxuyan bilir
"Tək Allah heç kimə möhtac deyildir.
Nə doğulub nə də doğub törəməz
Ona tay bərabər yoxdur bir əvəz”.
Uca dərgahına hər kim baş əyər
Sənin varlığına əbədi deyər.
"ət–Tin” surəsində dediyin kimi:
"Sənsən hakimlərin gözəl hakimi.”
"Loğman” surəsini oxuyan görər
Hikmətli ayənin qiymətin verər.
"Ya Mühəmməd yada sal ki bir zaman
Oğluna nəsihət edəndə Loğman
Demişdi: – Allaha şərik qoşma sən
Qurtara bilməzsən onun zülmündən.
Yoxu var eyləmək Allah işidir

O hər şeyi görür həm də eşidir”.
Adilsən Rəhmansan səbri Kərimsən
Münacat
Nə var asılıdır sənin əmrindən.
Hər şeyi etməyə qadirsən özün
Canlıya cansıza qanundur sözün.
Nə etmək istəsən qüdrətin çatar
Xaliqsən rəhmin də qəzəbin də var.
Bir dəfə "ol!” dedin yarandı cahan
Yer Günə Ay Ulduz sonsuz asiman.
Bir dəfə "yan” desən torpaq od tutar
Su da öz–özünə alışıb yanar.
"əs” desən tufanlar sellər başlayar
Yerdə də göydə də qiyamət qopar.
Dalğalar dağların sinəsin yarar
Nə var yer üzündən yuyub aparar.
Külli–kainatı yaradan da sən
İstəsən özün də alt–üst edərsən.
Münacat
Müşkül qapıların açarı səndə
Hər şey səninkidir nə var ki məndə!?
Sənin əmrindədir xeyir də şər də
Zülmət gecələr də nurlu səhər də.
Dünya istəyinlə edir hərəkət
Sənin əlindədir ruzi bərəkət.
İstəsən gədanı varlı edərsən
Varlını gədaya sən döndərərsən.
Hansı bir bəndəni istəsən əgər
Daş əksə əlində daş da göyərər.
Yüz iyirmi dörd min Peyğəmbərin sən
Dördünə müqəddəs kitab vermisən.

Musaya Tövratı eylədin zühur
Davud avaz ilə oxudu Zəbur.
Sonra da İsaya göndərdin İncil
Mühəmmədə Quran eylədin nazil.
İslamdı dinlərin ən sonuncusu
Əvvəlki dinlərdən şərəflidir bu.
İnsanlar yolunu azdığı zaman
Onları düz yola çağırdı Quran.
Qurani–kərimin mənası dərin
Müdriklər anlayar onun sirlərin.
"Həmd” surəsini göndərdin bizə
Adını həkk etdin ürəyimizə.
Biz sənə sığınıb səcdə edərkən
Deyirik haqq günün maliki sənsən.
Müstəqim yol ilə sən bizi apar
Qayıtsın bu yola Haqdan azanlar.
Qarşında durmuşam dəstəmazlıyam
Üzü qiblədəyəm ağzımda duam.
Səcdəyə gedəndə bir qulunam mən
Əsla yorulmaram "Təkbir” deməkdən.
Qəlbimin arzusun dinlə İlahi!
Bəndəni əfv eylə olsa günahı.
Səni and verirəm öz cəlalına
Bizi həris etmə dünya malına.
Münacat
Həccə ziyarətə gedənlər deyir
Bütün müsəlmanlar orda eynidir.
Hamısı tər–təmiz boynunda kəfən
Heç kəs artıq deyil biri–birindən.
Varlıya kasıba ayırma bizi
Paxıllıq üzməsin ürəyimizi.
Gün–gündən çoxalır çapıb–çapılan
Yoxdur kasıbların qeydinə qalan.
Varlılar dövlətin artırır qat–qat
Nə xums verirlər nə də ki zəkat.
Səni and verirəm öz birliyinə
Tükənməz qüvvət ver islam dininə.
Bu şiə bu sünni deyib bu sayaq
Hər növ təriqətə parçalanmayaq.
Biz müsəlmanları yaradanda sən

"Yaratdım mən sizi qardaş” –demisən.
Bizim aramızda sən birlik yarat
Bir məslək bir amal uğrunda yaşat.
Səni and verirəm öz qüdrətinə
Dünyaya sığmayan şərafətinə
Münacat
Şeytan əməlindən hifz elə bizi
Günahdan təmizlə qəlblərimizi.
Ya Rəbbim sən özün ol bizə dayaq
Mühəmməd dinindən uzaqlaşmayaq.
Kərəm sahibisən Kərəm et Allah!
Çətin günümüzdə dada yet Allah!

Bütləri sındıran İbrahimi sən
Yanar od içindən xilas etmisən.
Bizi də Cəhənnəm odundan qurtar
Amin! Amin! Amin ey Pərvərdigar!

R.t..Zemichka

Münacat
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.