Peyğəmbərimizin dəyərli hədisləri

12 Eylül 2014
2 545
0
Peyğəmbərimizin dəyərli hədisləri
Peyğəmbərimizin dəyərli hədisləri
1. Gülə-gülə günah işlədən adam ağlaya-ağlaya cəhənnəmə gedər.

2. ALLAH-Taala 3 adama lənət edər: ata-anasından üz çevirənə, ərlə-arvadın arasın vurub sonar arvada sahib çıxana, bir-birinə qəzəblənsinlər və paxıllıq etsinlər deyə möminlərin arasında dedi-qodu yayana.

3. Ərlə arvaddan birisi digərinin sirrini başqasına apararsa, qiyamət günü ALLAH yanında pislərin pisi olar.

4. Elə bir zaman gələcək ki, adam bilməyəcək aldığı halal maldır, yoxsa haram.

5. Bir müsəlmanın digərinə malı, irzi və qanı haramdır. Müsəlman qardaşına kimsənin sadəcə nifrət eləməsinin özü də şər iş sayılır.

6. Əzalar içərisində qiyamət günü ən əzab çəkən dil olacaq.

7. 3 adam adamın qəzəbinə gələr. Tox ola-ola yeyən, gününü yatmaqla sovuran, mənasız yerə gülən.

8. Övladlarınızla xoş rəftar edin, onlara gözəl tərbiyə verin.

9. Evlənməyə qadir ola-ola evlənməyən şəxs ümmətimdən deyil.

10. 3 qız uşağı böyüdənin, onları gözəl tərbiyə edənin, onlarla xoş münasibət göstərənin yeri cənnətdir.

Peyğəmbərimizin dəyərli hədisləri

11. ALLAH-Taala o adamı himayəsinə alıb cənnətə daxil edər ki, onda bu 3 keyfiyyət olsun: zəif adamla mehribançılıq, valideynlər qarşı şəfqət göstərmək, tabeliyində olanlarla yaxşı davranmaq.

12. Qüvvətli adam güləşdə qalib gələn deyil, qəzəblənən vaxtı qəzəbini boğa biləndir.

13. İmanın kamala yetməsi gözəl əxlaqla mümkündür.

14. İnsanların ən fənası birinə bir üz, başqasına başqa üz göstərən ikiüzlü adamdır.

15. Gözü kor olan deyil, bəsirəti tutulan kor sayılır.

16.Təkəbbürdən, xəyanətdən və borcdan qurtularaq ölən adam cənnətə gedər.

17. Gözəl əxlaq dinin yarısıdır.

18. Ədəbi olmayanların ağlı da olmaz.

19. Aranızda əxlaqı gözəl olanları fərqləndirin.

20. Bir iş görmək istəsən sonun düşün, sonu xeyirdirsə ondan yapış, şərdirsə fikrindən daşın.



Peyğəmbərimizin dəyərli hədisləri
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.