Allahın ən böyük adını İmam Əliyə kim öyrətdi?

03 Eylül 2015
1 744
6
Allahın ən böyük adını İmam Əliyə kim öyrətdi?
Allahın ən böyük adını İmam Əliyə kim öyrətdi?

Əllamə Təbərsi "Məcməyul-bəyan" kitabında "Tövhid" surəsinin təfsirində bu hədisi nəql etmişdir.
İmam Əli (ə) buyurur: "(Bədr) döyüşündən bir gecə əvvəl Xızrı (ə) yuxuda gördüm və ona dedim: "Mənə elə bir şey öyrət ki, onunla düşmənlərə qalib gəlim".
Səhər olan zaman onu Allahın Peyğəmbərinə (s) danışdım. Buyurdu: "Ey Əli! Allahın ən böyük adı sənə öyrədilmişdir". Bədr günündə bu cümlə davamlı olaraq dilimdə idi".

Əmirəl-möminin (ə) "Tövhid" surəsini oxuyur və onu bitirən kimi buyurur: "Ey O! Ey O kəs ki, Ondan başqası yoxdur! Məni bağışla və kafir dəstəyə qalib et!". (Erfan)
Siffeyn döyüşündə də hücum edən halda bu duanı oxuyurdu. Əmmar ibn Yasir ona deyir: "Ey Əmirəl-möminin! Bu işarə nədir?". Buyurur: "Allahın ən böyük adı və tövhidin sütunudur. Allah ki, ondan başqa Məbud yoxdur". "Allah (əzəldən Öz elmi ilə, dünyanı yaratdıqdan sonra Öz yaradılış qüdrəti ilə və daha sonra peyğəmbərlərin, ağılın və səmavi kitabların dili ilə) ədalətə əsaslanaraq (və işlərini ədalət üzərində möhkəmləndirərək) Ondan başqa bir məbudun olmamasına şəhadət verdi". ("Ali-İmran" 18). Bu ayəni tilavət edir və atdan düşüb dörd rükət namaz qılır".
Əllamə Təbatəbai buyurur: "Bu aləmdə hər bir səbəbin öz nəticəsi vardır. Nəticənin zəif və qüvvətli olması səbəbin keyfiyyət cəhətdən zəif və qüvvətli olmasından asılıdır. O zaman ki, Allahın böyük adı söz şəklində olar, iki haldan xaric deyildir: əgər tələffüz olarsa, eşidilən keyfiyyətindən və əgər təsəvvür olunarsa, zehin işlərindən olar. Hər iki halda demək olar ki, həm eşitmək və həm də xəyali surət əşyaları dəyişdirmək qabiliyyətinə malikdir. Ona görə də Allahın böyük adları - istər ümumi olsun, istərsə də xüsusi - varlıq aləminə təsir qoyar. Bu da onun həqiqətlərinə görədir, nəinki həmin sözə görədir. Demək lazımdır ki, hər bir şeyə təsir qoyan Allahdır".
Allah Öz böyük adlarını bəzi peyğəmbərlərinə (ə) ona görə öyrədir ki, Allahdan qeyrisindən qopub, Allaha diqqət etsinlər. Hər bir yerdə Allahın böyük adı ilə rabitə qurub, ona diqqət etsinlər. Belə olan zaman Allah duaları və hacətləri qəbul edər. Ona görə də demək olar ki, nə zaman bəndə Allaha diqqət edər, o zaman Allah bəndəsinin duasını və münacatını qəbul edər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    ALLAH razi olsun ellerinize sagliq
  2. Lami95
    Allah razi olsun elinize sagliq
  3. allah bendesi
    ALLAH razi olsun ellerinize sagliq
  4. ...MuRaD...
    Allah razi olsun, senden..... Maraqli xeber idi, ellerin derd gormesin!
  5. SEHRI
    • SEHRI
    • 3 Eylül 2015 11:42
    Gözəl xəbərdi.Allah razı olsun.Hamısını oxudum.
  6. ::.ProsTo DeLiw.::
    Allah razı olsun .......)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.