Səbrlə imanın əlaqəsi başla bədənin əlaqəsi kimidir

18 Eylül 2014
1 706
0
Səbrlə imanın əlaqəsi başla bədənin əlaqəsi kimidir
Səbrlə imanın əlaqəsi başla bədənin əlaqəsi kimidir


Səbrlə imanın əlaqəsi başla bədənin əlaqəsi kimidir

Səbr çox mühüm bir məsələdir.
Həzrət Sadiq əleyhis-salam buyurur:
"Səbrlə imanın münasibəti, başla bədənin münasibəti kimidir.” Əgər başı bədəndən ayırsalar,
bədən cansız cəsəddən başqa bir şey deyildir. İmam əleyhis-salam buyurur: "Dinin başı səbrdir.”
Səbr nəfsi həbs etmək, həvayi-nəfsin qarşısını almaq, onu şəriət və əqlin tələbinə uyğun olaraq əməl
etməsinə vadar etməkdir. Məsələn, səbrin bir növü baş verən müsibətlərdə səbr etməkdir.
Əgər bir şəxsin əzizi əlindən getsə, gərək səbr etsin.
Bir nəfərin oğlu ölmüşdü, çox ahü-fəğan edirdi. Həzrət Riza əleyhis-salam ona bir məktubda yazdı:
"Sənin oğlunun ölümündə səbirsizlik etməyinin səbəbi budur ki, özün axirət səfərinə getməyi fikrinə gətirmirsən. Sənin ahü-nalə etməyin, axirət səfəri üçün bir şey tədarük görməməyin, oğlunun ölümündəki müsibətdən daha böyükdür.”
Sümaət ibni Mehran Mədinədə Həzrət İmam Musəbni Cəfər əleyhis-salamın hüzuruna gəldi.
Həzrət buyurdu: "Nə oldu ki, həccə getmədin? Əzr etdi ki, mal-dövlətim əlimdən getmiş, borclarım həddindən ziyadə çoxalmışdır. Əgər dostlarım mənim zəhmətimi çəkməsəydilər, bu səfərə gələ bilməzdim. Həzrət buyurdu: Səbr et ki, qurtuluş hasil olsun
. Əgər səbr etməsən, Allah tərəfindən müqəddər olunan şeylər baş verəcəkdir. ("Üsuli-kafi”)

Haram işləri tərk etməkdəki səbr

Səbrin bir növü də haram işləri tərk etməkdə olan səbrdir.
Məsələn, cavan insanda şəhvət qüvvəsi çox güclüdür, amma bununla belə,
heç bir maneə olmadan əcnəbi qadınla rastlaşdıqda ona baxmır. Yaxud fəqir bir şəxs,
camaatın onun yanında əmanət qoyduğu şeylərə xəyanət etmir. Qısası budur ki, insan öz inadkar, tüğyançı nəfsinin qarşısını alır ki, harama düşməsin.
Bu səbrə "haram işi tərk etməkdə səbir” deyilir.
Böyük şəxsiyyətlərdən, imanlı bir şəxsin həyatında yazıblar ki, günlərin birində küçədə
n keçəndə bir nəfər damın üstündən onun başına kül tökür. Həmin şəxs dedi: "
Şükür olsun Allaha! Mən günahkar bir şəxsəm. Layiq idi ki, mənim başıma daş düşsün.
Allaha şükr olsun ki, başıma daş deyil, kül tökdülər.”
Məqsəd budur ki, o Mömin kişi bu işin müqabilində səbr edib əsəbiləşmədi və nalayiq sözlər danışmadı.
Əbu Bəsir İmam Cəfər Sadiq əleyhis-salamdan belə nəql edir:
Həzrət buyururdu: Doğrudan da azad insan hər bir halda azaddır.
Əgər onun üçün bir çətinlik baş versə, onun müqabilində səbr edəcək. Əgər ona müsibət
üz versə, hətta əsir olsa və ya zahirdə məğlub olsa da, ağır təzyiqlərə məruz qalsa da. Necə ki, Yusif əleyhis-salam belə oldu: onu özlərinə qul
etdilər, əsir etdilər, amma öz azadlığını əldən vermədi. Quyuya atıldığı zaman quyunun vəhşəti, qaranlığı ona heç bir ziyan çatdırmadı, nəhayət Allah ona minnət qoyub zülmkar və inadkar padşahı ona qul etdi. Həzrət Yusif əleyhis-salam onun maliki olandan sonra Allah onu öz Rəsulu etdi. Onun vasitəsilə bir ümmətə rəhm etdi. Həmçinin, səbrin ardınca çoxlu xeyirlər də gəlir. Siz də səbr edin, savab qazanın.
İmam Sadiq əleyhis-salamın buyurduqlarının şərhi bundan ibarətdir ki, azad insan (yəni, nəfsdən, nəfsani ehtirasların tələbindən azad olmaq, cismani ləzzətlərin əsiri olmamaq) o şəxsdir ki, nəfsi və şeytan onu təfritə və ifrata vadar edə bilməsin. Əllamə Məclisi (r.ə) bu hədisin şərhində buyurur: İmamın buyurduğu "Yusifə ağalıq edən zülmkar malik onun qulu oldu” kəlamının mənası budur ki, həmin padşah Həzrət Yusif əleyhis-salama müt”i, onun əmrlərinə tabe oldu. Sonra Sə”ləbədən və s. şəxslərdən nəql edir ki, Misirin məliki, padşahının adı Rəyyan ibni Vəlid idi. Yusif əleyhis-salamı pulla alan şəxs Misirin əzizi və onun vəziri idi. Adı da Qətfir idi. Həzrəti Yusif əleyhis-salam padşahın yuxusunu yozandan sonra Qətfiri vəzirlikdən çıxardıb, Həzrəti Yusifi onun yerinə təyin edərək Misir hökumətini ona verdi, xilafət tacını onun başına qoydu. Sonra padşahlıq taxtına keçirtdi. öz üzüyünü ona verdi. Qətfir də həmin vaxtlarda dünyadan getdi. Sonra padşah Züleyxanı Yusif peyğəmbərə ərə verdi. Bu evlənmədən iki oğlan uşağı dünyaya gəldi. Birinin adı Fəraim, o birinin adı isə Mişa idi. Misirlilərin qəhətliyə düçar olduqları yeddi ildən birinci ilinin başlanğıcında Yusif əleyhis-salam taxılı samanı ilə birlikdə ehtiyat edərək anbara yığmışdı. Birinci il misirlilər gəldilər və nəqd pul ilə onları aldılar. Nəqd pulları qurtarandan sonra ikinci il öz lə”l-cəvahiratlarını, zinət əşyalarını gətirdilər. Əvəzində isə yeyinti məhsulları alırdılar. Elə ki, bəzək əşyaları da qurtardı, üçüncü ildə öz mal-heyvanlarını gətirib verir, əvəzində isə çörək alırdılar. Bunlar da qurtardıqdan sonra dördüncü ildə öz qulamlarını və kənizlərini verir, yemək alırdılar. Bunlar da qurtarandan sonra beşinci il evlərini, torpaqlarını və qalan mal-dövlətlərini verdilər, özləri üçün heç nə qalmadı. 6-cı il övladlarını qul kimi onlara satdılar. Xülasə, yeddinci ildə özlərini qul kimi Yusifə pulla satdılar. Misir ölkəsində olan əhalinin hamısı bir nəfər kimi Yusif peyğəmbərin qulamı oldular. Sonra Həzrəti Yusif hamısını azad etdi, mal-dövlətlərini özlərinə qaytardı. Sonra aydın oldu ki, Allah Yusifi, onların Yusif peyğəmbəri öz mülkləri və qulam etdikləri işlər müqabilində bütün misirlilərin və onların mal-dövlətlərinin maliki qərar vermişdir. Səbrin səmərəsi budur. Allaha itaət və bəndəçiliyin səmərəsi budur. İmam əleyhis-salamın "Allah Yusifin səbri vasitəsilə bir ümmətə rəhm etdi” deməsində məqsəd budur ki, onu öz rəsulu seçib onları imana dəvət etdi. Sonra onları əbədi fəlakətdən xilas etdi. Həmçinin, o Həzrətin tədbirli işləri vasitəsilə (buğda və arpanı yeddi il müddətində qoruyub saxlaması kimi) misirlilərə qəhətlik bəlasından nicat verdi. Nəql olunub ki, Züleyxa Yusif peyğəmbərin yanına çatanda dedi:
"Həmd olsun Allaha ki, bəndələri itaət səbəbi ilə padşah, padşahları isə günah və məsiyət səbəbi ilə qul edir.” Həmçinin, nəql olunur ki, Züleyxa o Həzrətlə yoldaş olmaq bərəkətinə, ibadət və ilahi mərifətlərinə görə öz dövranının qadınlarından fəzilətli oldu. Deməli, səbr öz ardınca çoxlu fəzilətlər, gözəl nəticələr, bərəkətlər və çoxlu savab gətirir. Qeyd olunanlar Allah-Taalanın bu ayədə öz peyğəmbərinə buyurduğu "müşriklərin sənə etdikləri əzab-əziyyətlər və müsibətlər qarşısında səbrli ol”, kəlamının mənasını başa düşməyə kifayət edər.
Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-in səbri həqiqətən möcüzə idi. Allahın peyğəmbərə səbrli olmasını əmr etməsi nəticəsində Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm səbr etdi. Onun səbri bir növ möcüzə idi. Müşriklər o Həzrətə qarşı olduqca çox əziyyətlər rəva görürdülər: başına kül tökürdülər, Məkkənin quldur başçıları 10-15 yaşında uşaqları vadar edirdilər ki, o Həzrəti məsxərə etsinlər. Əbu Talib və Xədicə əleyhis-salam vəfat edəndən sonra Peyğəmbərin əmisi olan Əbu Ləhəb (bütün düşmənlərdən çox düşmənçilik edirdi) müşriklərin köməyi ilə O Həzrətə o qədər əzab-əziyyət etdi ki, Həzrət məcbur olurdu ki, evdən çölə az-az çıxsın. Onların etdikləri əzab-əziyyətlər o yerə çatdı ki, Əbu Ləhəb özünün inadkarlığı ilə belə dedi ki, "Mühəmməd məndəndir!” və qohumluq qeyrəti cuşa gəldi.

Kitabın adı: Quran və qiyamət]
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.