Qiyamət günü..

12 Eylül 2015
2 457
6
Qiyamət günü..
Qiyamət günü..


Qiyamət günü zəlzələ zamanı dağılmayacaq yeganə məkan Məsciddir. Allah tərəfindən peyğəmbərlərə 104 kitab nazil olmuşdur. 50 səhifə Şeysə (ə), 30 səhifə İdrisə (ə), 20 səhifə İbrahim peyğəmbərə (ə), Davuda (ə) Zəbur, Musaya (ə) Tövrat, İsaya (ə) İncil, Məhəmmədə (s) Quran nazil olmuşdur. Cənnətin qapıçısının adı Rizvandır. Cəhənnəmin qapıçısının adı Malikdir. Cənnətin səkkiz qapısı var. Cəhənnəmin yeddi qapısı və yeddi təbəqəsi var. Şeytan dörd dəfə - ona lənət olunan, yer üzərinə atılan, Məhəmməd Peyğəmbərliyə (s) seçilən və "Fatihə" surəsi nazil olan gün fəryad etmişdir. Adəm və Həvva fəqət səkkiz saat cənnətdə olmuşlar. Allahın adının min dəfə zikr olunduğu dua, "Cövşən-Kəbir" duasıdır. Yerin və göyün yaradılması altı gün çəkdi. Hər bir gün isə əlli min ilə bərabər idi. Mömin kişilər 33 yaşlı cənnətə daxil olacaqlar. Mömin xanımlar 16 yaşlı cənnətə daxil olacaqlar. Qırx il Quran ayələri ilə söhbət edən xanım, həzrət Fatimənin (s) kənizi Fizzə idi. Namazı ilk vaxtda qılan şəxslərə Əzrayıl (ə) özü "La ilahə illəllah"ı təlqin edəcək və şeytanı onlardan uzaqlaşdıracaqdır. Min aydan üstün olan gecə "Qədr" gecəsidir. Məhəmməd peyğəmbərin (s) buyurduğuna görə: "Cənnət dörd nəfərin intizarındadır"; onlar həzrət Əli (ə), Əbuzər Qifari, Salman Farsi və Miqdaddır. Əməlləri əməl dəftərinə qeyd edən iki mələk "Ətid" və "Rəqib" adlanır. Namazın ən üstün hissəsi, uzun- uzadı qünut tutmaqdır. Əzrayıl (ə) gündə beş dəfə insanların üzünə baxır. Qiyamətin bir günü əlli min ilə bərabərdir. Həzrət Əlinin (ə) atasının adı İmrandır. Yer üzündə həzrət Məhəmmədə (s) bağışlanılan xəzinə "Ayət əl- kürsi"dir. ("Bəqərə", 255-257) İnsana verilən ən üstün nemət ağıldır. "Aşura" ziyarətnaməsi İmam Baqirdən (ə) nəql olunmuşdur.

Qiyamət günü..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    Allah razi olsun gozel xeberdi
  2. Lami95
    qewey xeberdi Allah razi olsun
  3. Dear..
    Əlhəmduillah məlumatım vardı
    -Çox saol dəyərli xəbərçün
  4. allah bendesi
    ALLAHrazi olsun ellerinize sagliq
  5. crazy_reniw
    ayy cox sey oyrendim burdan saq olun allaha hamiya komek olsun
  6. Eylül
    Maraqlı xəbərdir.Allah razı olsun)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.