Səxavət

17 Eylül 2015
5 193
4
Səxavət
Səxavət


1296. İmam Əli (ə):«Əldə etdiyin hər şeyi bəxşiş et ki, hörmətin olsun.»
1297. İmam Əli (ə):«Səxavət insanı əleyhdarlarına da sevdirər, simiclik isə hətta, övladlarında da ona qarşı nifrət oyadar.»
1298. İmam Əli (ə):«Səxavət alicənablıqdan irəli gəlir.»
1299. İmam Əli (ə):«Səxavət əsl başucalığıdır.»
1300. İmam Hüseyn (ə):«Səxavətli olan ağa olar.»


Ənböyük səxavət

1301. Allahın Peyğəmbəri (s):«Ən səxavətli insan öz canını və malını Allah yolunda bəxş edəndir.»
1302. İmam Əli (ə):«Ən böyük səxavət yoxsul vaxtı bəxşiş etməkdir.»
1303. İmam Hüseyn (ə):«Ən səxavətli insan, ona ümid bəsləməyənə bəxşiş edəndir.»



Səxavətli insanın xüsusiyyəti.

1304. İmam Sadiq (ə):«Səxavətli insanın üç xüsusiyyəti var: Varlı və kasıb vaxtında öz malından bəxşiş edər, mustəhəqqə (yəni, şəriət baxımından yardım düşən şəxsə) bəxşiş edər və yaxşılığının müqabilində ona edilən təşəkkürü bəxşiş etdiyi şeydən daha üstün və qiymətli bilər.»
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    Allah razi olsun ellerive salik
  2. ♔Fidanka♔
    Dəyərli xəbər üçün çox sağolun bilirdim)
  3. sevgi^_^
    Allah razi olsum ezyete gore twk
  4. allah bendesi
    ellerinize sagliq deyerli xeber ucun tewekkurler.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.