Hz. Xədicə ilə ilk görüş və izdivaca gedən yol (IV Hissə - Son)

19 Eylül 2014
1 437
0
Hz. Xədicə ilə ilk görüş və izdivaca gedən yol (IV Hissə - Son)
Hz. Xədicə ilə ilk görüş və izdivaca gedən yol (IV Hissə - Son)


Məhz belə bir ailədə xoşbəxtlik, səadət hökm sürə bilərdi. Əfəndilər Əfəndisi öz-özlüyündə bir xöşbəxtlik mənbəyi idi. Səadəti yuxusunda belə görməyənlərin başından yağışı yağdırmaq Onun yaradılış qayəsi idi.
Xədicə anamızın şəfqət dolu səyləri də bu xoşbəxtliyə qida verən mühüm təkanverici qüvvə idi. Həyat yoldaşının hər hərəkətini lap başdan qəbul edir və sözsüz yerinə yetirirdi. Əfəndilər Əfəndisi nə vaxt halını pozub ürəyini sıxan bir hadisə ilə qarşılaşsaydı, gələr, Hz. Xədicə anamızın qərar tutduğu bu xanədə rahatlıq tapardı.
Ümumən, evdə belə bir mənəvi ab-hava olduğu kimi, onların ikisi arasında da qibtə ediləsi bir səmimiyyət, şərtsiz bir təslimiyyət və şübhə edilməyən bir etibar var idi. Aralarındakı bu səmimiyyət hətta başqalarının da diqqətini cəlb edir və ətrafdakı insanlar heç vaxt görmədikləri belə bir həyata heyranlıqla tamaşa edirdilər. Bir gün Əbu Talib evinə getmək üçün icazə istəyən Muhəmmədul-Əminin arxasınca Nəba adlı kənizini göndərərək Hz. Xədicənin qardaşı oğluna münasibətini öyrənmək istəmişdi. Nəba qayıdanda Əbu Talibə bunları söyləmişdi:
- Çox qəribə şeylər gördüm. Xədicə Onun gəldiyini görən kimi tez qapıya yaxınlaşdı, əlindən tutdu və Ona belə dedi: “Anam-atam sənə fəda olsun! Vallah, mən bunu səndən başqa heç kimə etmərəm. Lakin bilirəm ki, Sən gələcəyi gözlənilən Peyğəmbərsən. O günləri yaşayarkən, nə olar, məni və yanındakı yerimi unutma! Nə olar, Səni göndərən Allaha mənim üçün də dua et!”
Həyat yoldaşı və hər işdə dəstəkçi olan Hz. Xədicədən bu gözəl sözləri eşidən Muhəmmədul-Əmin:
- Allaha and olsun ki, əgər dediyin şəxs çəm olaramsa, sən mənim üçün elə böyük fədakarlıqlar etdin ki, onları heç vaxt hədər etməyəcəyəm, - deyəcək və sonralar da onu əsla unutmayacaqdı.
Bir müddət sonra bu ailə də öz meyvələrini verməyə başlayır. Öncə Qasım anadan olur. Allah Rəsulu (s.ə.s) “Qasımın atası” mənasında “Əbul Qasım” ləqəbini alır. Ancaq o, bu fani dünyada çox yaşamadı. Hələ təzəcə iməkləyib yeriməyə başlayanda pərvazlanıb cənnət diyarına uçdu.
Qasımın vəfatından iki il ötür, qızı Zeynəb dünyaya gəlir. Zeynəb Peyğəmbərimizin (s.ə.s) ilk qız övladı idi. Bundan bir il sonra Ruqiyyə və ondan da üç il sonra Ümmü Gülsüm anadan olur. Fatimə anamız isə vəhyin qapıları açılan ildə dünyanı şərəfləndirəcəkdi.
Xədicə anamızın dünyaya gətirdiyi sonuncu övladı Abdullah oldu. Hiradakı vüslətdən iki il keçmişdi. Müsəlmanlığın yayıldığı bir dövrdə anadan olduğu üçün Abdullaha Tayyib və Tahir də deyilirdi. Taleyin başqa bir cilvəsi idi ki, Abdullah da uzun yaşamayacaqdı və üç aydan sonra dünya ilə vidalaşacaqdı. Güman ki, Allah (c.c) onları Peyğəmbərdən sonra ehtimal olunan iğtişaşlardan qorumaq istəyirdi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.