Məsumlardan hədislər 201-230

12 Ekim 2015
1 752
2
Məsumlardan hədislər 201-230
Məsumlardan hədislər 201-230

Məsumlardan hədislər 201-230

Məsumlardan hədislər 201-230

Hədis 201: Həzrət Əli (ə) buyurur: "Cahilin ehtiyacsızlığı malına görədir.”

* * *

Hədis 202: Həzrət Əli (ə) buyurur: "İntizarı çəkiləsi ən layiqli (səlahiyyətli) şey gizli ölümdür ki, hər şeydən tez gəlib yetişir.”

* * *

Hədis 203: Həzrət Əli (ə) buyurur: "Dost çətinlik zamanı tanınar.”

* * *

Hədis 204: Həzrət Əli (ə) buyurur: "Gözün kor olması bəsirətin kor olmasından daha yüngüldür.”

* * *

Hədis 205: Həzrət Əli (ə) buyurur: "Bircə saatlıq qısa düşünmək uzun-uzadı ibadətdən üstündür.”

* * *

Hədis 206: Həzrət Əli (ə) buyurur: "O şəxs nicat tapar ki, faydasız həvəslərinə qalib gəlmiş, nəfsinin istəklərinə hakim olmuşdur.”

* * *

Hədis 207: Həzrət Əli (ə) buyurur: "Büdrəməmək üçün əvvəlcə düşün, sonra danış.”

* * *

Hədis 208: Həzrət Əli (ə) buyurur: "Az tapılır ki, insan qarınqulu olduğu halda, xəstələnməsin.”

* * *

Hədis 209: Həzrət Əli (ə) buyurur: "Hər kəsin dəyəri onun biliyi qədərindədir.”

* * *

Hədis 210: Həzrət Əli (ə) buyurur: "Az yemək bədəni bir çox xəstəliklərdən qoruyur.”

Məsumlardan hədislər 201-230

Hədis 211: Həzrət Əli (ə) buyurur: "Əməl edilən az elm, əməl edilməyən çox elmdən üstündür.”

* * *

Hədis 212: Həzrət Əli (ə) buyurur: "Axmağın qəlbi dilinin, aqilin dili isə qəlbinin arxasındadır (yə`ni, aqil əvvəlcə düşünər sonra danışar).”

* * *

Hədis 213: İmam Sadiq (ə) buyurur: "Böyüklərimizə ehtiram göstərməyən, kiçiklərimizə isə rəhm etməyən kəs bizdən deyildir.”

* * *

Hədis 214: İmam Sadiq (ə) buyurur: "Bizim vilayətimiz (hakimiyyətimiz) Allahın hakimiyyətidir. Heç bir peyğəmbər bu vilayətsiz məb’us edilməmişdir.”

* * *

Hədis 215: İmam Sadiq (ə) buyurur: "Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar.”

* * *

Hədis 216: İmam Sadiq (ə) buyurur: "Qardaşına quyu qazan özü düşər.”

* * *

Hədis 217: İmam Sadiq (ə) buyurur: "Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin.”

* * *

Hədis 218: İmam Sadiq (ə) buyurur: "Mö`min başqaları ilə keçinir və əsla kimsə ilə didişmir.”

* * *

Hədis 219: İmam Sadiq (ə) buyurur: "Dolanışıqda orta həddi gözləyən şəxs heç vaxt fəqir olmaz.”

* * *

Hədis 220: Həzrət Əli (ə) buyurur: "Çox vaxt bir saatlıq şəhvət ləzzətindən uzun qəm-qüssə yaranır.”


Məsumlardan hədislər 201-230

Hədis 221: İmam Sadiq (ə) buyurur: "İnsanın daxili islah olarsa, zahiri rəftarı möhkəmlənər.”

* * *

Hədis 222: İmam Sadiq (ə) buyurur: "Tənbəllik və hövsələsizlikdən uzaq ol. Çünki bu iki hal bütün pisliklərin başlanğıcıdır.”

* * *

Hədis 223: İmam Baqir (ə) buyurur: "Allah-təala - pis danışan, lə`nət deyən və tə`nə vuranları sevmir.”

* * *

Hədis 224: İmam Baqir (ə) buyurur: "Bizim şiəmiz olan şəxs təqvalıdır, Allaha itaət edən və xalqın haqqında yalnız yaxşı sözlər danışanıdır.”

* * *

Hədis 225: İmam Baqir (ə) buyurur: "Sənə zülm etmişlərsə də, sən zülm etmə.”

* * *

Hədis 226: İmam Baqir (ə) buyurur: "Səni yalan danışmaqda ittiham edərlərsə, qəzəblənmə.”

* * *

Hədis 227: İmam Baqir (ə) buyurur: "Səni tə`rif etsələr, sevinmə.”

* * *

Hədis 228: İmam Baqir (ə) buyurur: "Hikməti, hətta ona əməl etməyəndən də olsa, öyrənin.”

* * *

Hədis 229: İmam Baqir (ə) buyurur: "Əlinə fürsət düşəndə səhlənkarlıq etmə.”

* * *

Hədis 230: "Saleh insanların məclisi insanı islaha vadar edər.”

Məsumlardan hədislər 201-230
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    Cox deyerlı ve menalı xeberdı.
  2. AleDa
    • AleDa
    • 13 Ekim 2015 11:00
    Cox deyerlı ve menalı xeberdı. Paylasdıgınız ucun cox sag olun.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.