Məsumlardan hədislər 261-300

14 Ekim 2015
2 376
1
Məsumlardan hədislər 261-300
Məsumlardan hədislər 261-300

Məsumlardan hədislər 261-300

Hədis 261: Həzrət Məhəmməd (s) buyurur: "Fikirləşmək kimi ibadət, məsləhətləşmək kimi e`tibarlı kömək yoxdur.”

* * *

Hədis 262: Həzrət Məhəmməd (s) buyurur: "Çox gülməkdən çəkin, çünki çox gülmək qəlbi öldürər.”

* * *

Hədis 263: Həzrət Məhəmməd (s) buyurur: "O şəxs bağışlanmağa daha layiqdir ki, intiqam almağa qüdrəti daha çoxdur.”

* * *

Hədis 264: Həzrət Məhəmməd (s) buyurur: "Xalqın ən dəyərlisi faydasız işdən uzaqlaşan kəsdir.”

* * *

Hədis 265: Həzrət Məhəmməd (s) buyurur: "Xoş o kəsin halına ki, öz eyblərinə məşğul olduğuna görə, mö`minlərdə eyb axtarmaqdan uzaqdır.”

* * *

Hədis 266: Həzrət Məhəmməd (s) buyurur: "Bilmədən bir iş görən şəxsin xarab etdiyi düzəltdiyindən çox olar.”

* * *

Hədis 267: Həzrət Məhəmməd (s) buyurur: "Hər kəs başqasının pis işini başqalarına bildirsə, özü o işi görmüş kimidir.”

* * *

Hədis 268: Həzrət Məhəmməd (s) buyurur: "İsrafçılıq yaxşı deyildir, amma yaxşı işdə israf yoxdur.”

* * *

Hədis 269: Həzrət Məhəmməd (s) buyurur: "Fürsətlər bulud kimi ötüşür.”

* * *

Hədis 270: Həzrət Məhəmməd (s) buyurur: "Xalqın malında gözü olan şəxs həmişə qəmgin olar.”

Məsumlardan hədislər 261-300Məsumlardan hədislər 261-300Məsumlardan hədislər 261-300Məsumlardan hədislər 261-300

Hədis 271: Həzrət Məhəmməd (s) buyurur: "Xoş o kəsin halına ki, Allah qorxusu onu xalqın qorxusundan uzaqlaşdırmışdır.”

* * *

Hədis 272: Həzrət Əli (ə) buyurur: "Heç bir iş sənin başını qatıb axirət işindən uzaqlaşdırmamalıdır. Çünki ömür olduqca qısadır.”

* * *

Hədis 273: Həzrət Məhəmməd (s) buyurur: "Əzabı və əvəzi daha tez çatan günah ne`mətə qarşı naşükürlükdür.”

* * *

Hədis 274: Həzrət Məhəmməd (s) buyurur: "Özünü fəqirliyə vuran fəqir olar.”

* * *

Hədis 275: İmam Həsən (ə) buyurur: "Yaxşılıq odur ki, əvvəldə hey bu gün-sabaha salınmasın və sonradan da minnət qoyulmasın.”

* * *

Hədis 276: İmam Həsən (ə) buyurur: "Zarafat insanın zəhmini azaldar və az danışan şəxs öz zəhmini artırar.”

* * *

Hədis 277: İmam Həsən (ə) buyurur: "Düşünün, çünki düşüncə bəsirətli qəlb üçün həyat səbəbidir.”

* * *

Hədis 278: İmam Əli (ə) buyurur: "Tövbə və bağışlanma yolu olduğu halda ümidsizliyə qapılan şəxsə təəccüb edirəm.”

* * *

Hədis 279: İmam Həsən (ə) buyurur: "Oğlum, bir şəxsi yaxşı tanımamış, onunla dostluq etmə.”

* * *

Hədis 280: İmam Həsən (ə) buyurur: "Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.”


Məsumlardan hədislər 261-300Məsumlardan hədislər 261-300Məsumlardan hədislər 261-300Məsumlardan hədislər 261-300

Hədis 281: İmam Həsən (ə) buyurur: "Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir.”

* * *

Hədis 282: İmam Həsən (ə) buyurur: "Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur.”

* * *

Hədis 283: İmam Həsən (ə) buyurur: "İbrətlərdən nəsihət alın və keçmişdəkilərin başlarına gələnlərdən ibrətlənin.”

* * *

Hədis 284: İmam Həsən (ə) buyurur: "Dünya və axirət ağıl və düşüncə ilə əldə edilər.”

* * *

Hədis 285: İmam Həsən (ə) buyurur: "Xoş xasiyyət qədər başqa heç bir şey həyatı şirin etmir.”

* * *

Hədis 286: İmam Həsən (ə) buyurur: "Elminizi başqalarına öyrədin və başqalarının elmini öyrənin.”

* * *

Hədis 287: İmam Həsən (ə) buyurur: "Ağılın kamilliyi xalqla xoş münasibətdə olmaqdır.”

* * *

Hədis 288: Həzrət Əli (ə) buyurur: "Qəzəb və şəhvətinə məğlub olan şəxs dördayaqlılar (heyvanlar) sırasındadır.”

Hədis 289: Həzrət Əli (ə) buyurur: "Qardaşına quyu qazanın özünü Allah o quyuya salar.”

* * *

Hədis 290: Həzrət Əli (ə) buyurur: "Xalqın eybi dalınca gəzən adamın eybini Allah açar.”


Məsumlardan hədislər 261-300Məsumlardan hədislər 261-300Məsumlardan hədislər 261-300Məsumlardan hədislər 261-300

Hədis 291: Həzrət Əli (ə) buyurur: "Başqalarının sirrini açan kəsin sirrini Allah açar.”

* * *

Hədis 292: Həzrət Əli (ə) buyurur: "Axirət işlərini qaydaya salanın dünya işlərini Allah qaydaya salar.”

* * *

Hədis 293: Həzrət Əli (ə) buyurur: "Allahın qəzavü-qədərinə imanı olan kəs başına gələnlərə əhəmiyyət verməz.”

* * *

Hədis 294: Həzrət Əli (ə) buyurur: "Özünü islah etməyən kəs başqasını islah edə bilməz.”

* * *

Hədis 295: Həzrət Əli (ə) buyurur: "Başqasını nəsihət etməyə o kəs layiqdir ki, özünü nəsihət edir.”

* * *

Hədis 296: Həzrət Əli (ə) buyurur: "Bütün qüvvəsini dünyaya sərf edən kəsin qiyamət günü ağrı və qüssəsi çox olar.”

* * *

Hədis 297: Həzrət Əli (ə) buyurur: "Üzr istəyən halda cəza vermək necə də pisdir!”

* * *

Hədis 298: Həzrət Əli (ə) buyurur: "Aşkarda görülməsi ayıb olan işi gizlində də görmə.”

* * *

Hədis 299: Həzrət Əli (ə) buyurur: "Çox pisdir ki, insanın zahiri gözəl, batini isə nöqsanlı olsun.”

* * *

Hədis 300: Həzrət Əli (ə) buyurur: "Xalqın bir-biri ilə xoş keçinməsi ən üstün əməllərdəndir.”

Məsumlardan hədislər 261-300
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. No love no problem
    Cox gulen insanlarin heqiqtende qelbi sonukdur
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.