Azadlıq və azadəlik

17 Ekim 2015
2 202
2
Azadlıq və azadəlik
Azadlıq və azadəlik


Azadlıq və azadəlik

İmam Sadiq (ə):«Hər kəsdə bu beş xislətdən biri olmasa, onda çox xeyir-bərəkət olmaz: vəfa, tədbirlilik, abır-həya, xoş xasiyyət, əvvəlki dörd xisləti özündə birləşdirən azadəlik.»

Bütün insanlar azaddır

1485. İmam Əli (ə) :«Ey insanlar! Adəmdən nə bir qul törənib, nə də bir kəniz. Bütün insanlar azaddır.»
1486. İmam Əli (ə):«Başqalarına qul olma, Allah-taala səni azad yaradıb.»
1487. İmam Sadiq (ə):«Azadə hər bir halda azadədir. Ona bəla və çətinlik üz verən zaman səbr edər. Əgər başına müsibətlər yağsa da, əsirliyə düşsə də, məğlub olsa da, rahatlığını əldən verib çətinliyə, yoxsulluğa düçar olsa da bütün bunların heç biri onu sındırmaz. Əmin Siddiq Yusif kimi! (Allahın salamı ona olsun). Onu qul da etdilər, məğlub da oldu, əsir də götürüldü, amma bunların heç biri onun azadəliyinə xələl yetirmədi.»


1488. İmam Əli (ə): «Gülərüzlülük azədə insanın xislətidir.»
1489. İmam Əli (ə): «Həya və iffət imanın xislətlərindəndir. Bunun ikisi də azadələrin təbiəti və yaxşı insanların xasiyyətidir.»
1490. İmam Əli (ə): «Qane olan qul azaddır, tamahkar azad isə qul.»


Azadlıq və azadəlik
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Az öncə bu haqda oxudum.. Allah razı olsun ..Təşəkkürlər..
  2. LuSia
    • LuSia
    • 17 Ekim 2015 17:32
    -ALLAH Razı oLsun canimm süper xəbər)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.