Məsumlardan hədislər 401-450

18 Ekim 2015
6 024
1
Məsumlardan hədislər 401-450
Məsumlardan hədislər 401-450

Məsumlardan hədislər 401-450

Hədis 401: İmam Sadiq (ə) buyurur: "Həqiqətən, xalqın ən çətin bəlalar görəni peyğəmbərlər, sonra onların ardınca gedənlər, sonra isə tərtiblə məqamına görə Allaha yaxın olanlardır.”

* * *

Hədis 402: Həzrət Məhəmməd (s) buyurur: "Ümmətim üçün iki şeydən daha çox qorxuram: nəfs istəyi və uzun-uzadı olan arzular.”

* * *

Hədis 403: İmam Sadiq (ə) buyurur: "Pis xasiyyətli adam özünə əzab verir.”

* * *

Hədis 404: İmam Sadiq (ə) buyurur: "Hətta ona qarşı zülmkar olan ata-anasına düşmən nəzərlə baxan kəsin namazını Allah qəbul etməz.”

* * *

Hədis 405: İmam Sadiq (ə) buyurur: "Mö`mini məzəmmət edən kəsi Allah dünya və axirətdə məzəmmət edəcəkdir.”

* * *

Hədis 406: İmam Sadiq (ə) buyurur: "Dua etməyi unutmayın, çünki dua hər dərdin dərmanıdır.”

* * *

Hədis 407: İmam Sadiq (ə) buyurur: "Həqiqətən, rahatlıq vaxtı edilən dua, bəla vaxtı olan ehtiyacları aradan aparar.”

* * *

Hədis 408: İmam Sadiq (ə) buyurur: "Allaha edilən hər bir dua, Məhəmməd və ali-Məhəmmədə salavat göndərmədikcə, səmaya qalxa bilmir.”

* * *

Hədis 409: İmam Sadiq (ə) buyurur: "Rastlaşdığın hər bir adama salam vermək təvazökarlıqdandır.”

* * *

Hədis 410: İmam Riza (ə) buyurur: "Peyğəmbərlərin silahından yapışın. Soruşuldu ki, bu silah nədir? Buyurdu: Dua!”

Məsumlardan hədislər 401-450

Hədis 411: Həzrət Əli (ə) buyurur: "Allahın ona verdiyindən razı olan insan xalqın ən ehtiyacsızıdır.”

* * *

Hədis 412: Həzrət Əli (ə) buyurur: "Allahın yanında ən ağır günah odur ki, şəxs günahını yüngül saya.”

* * *

Hədis 413: Həzrət Əli (ə) buyurur: "Allah üçün ən pis (mənfur) şəxs qeybət edən adamdır.”

* * *

Hədis 414: Həzrət Əli (ə) buyurur: "İnsanların ən acizi dua etməkdə aciz olandır ( dua etməyənlərdir).”

* * *

Hədis 415: Həzrət Əli (ə) buyurur: "Xataların (səhvlərin) ən böyüyü dünya sevgisidir.”

* * *

Hədis 416: Həzrət Əli (ə) buyurur: "Xalqa daha çox xeyir verən kəs xalqın ən fəzilətlisidir.”

* * *

Hədis 417: Həzrət Əli (ə) buyurur: "İmanın ən möhkəm bağı Allaha görə dostluq və Allaha görə düşmənçilikdir.”

* * *

Hədis 418: Həzrət Əli (ə) buyurur: "Başqalarına eyib bildiyini özünə də eyib bil.”

* * *

Hədis 419: Həzrət Məhəmməd (s) buyurur: "Allahın ən sevdiyi iş dili saxlamaqdır.”

* * *

Hədis 420: Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən yaxşı yemək çox adamın oturduğu süfrədəki yeməkdir.”


Məsumlardan hədislər 401-450

Hədis 421: Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən yaxşı bəndə xoşxasiyyət olanıdır.”

* * *

Hədis 422: Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən sevimli bəndə Onun bəndələrinə daha faydalı olan kəsdir.”

* * *

Hədis 423: Həzrət Məhəmməd (s) buyurur: "İmanını xalis (riyasız) et ki, az ibadət belə sənə kifayət etsin.”

* * *

Hədis 424: Həzrət Məhəmməd (s) buyurur: "Xalqın ən təqvalısı xeyrinə, ya da zərərinə belə olsa, həqiqəti deyən kəsdir.”

* * *

Hədis 425: Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən yaxşı iş, davamlı olan işdir, az olsa da belə.”

* * *

Hədis 426: Həzrət Məhəmməd (s) buyurur: "Özün üçün istədiyini xalq üçün də istə ki, mö`min olasan.”

* * *

Hədis 427: Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında vacib əməlləri yerinə yetirdikdən sonra ən yaxşı iş müsəlmanı şad etməkdir.”

* * *

Hədis 428: Həzrət Əli (ə) buyurur: "İstər zarafata, istərsə də ciddi olaraq dediyi yalanı tərk etməyən kəs bizlərdən deyil.”

* * *

Hədis 429: Həzrət Əli (ə) buyurur: "Heç bir əməl yalan kimi çirkin deyil.”

* * *

Hədis 430: Həzrət Məhəmməd (s) buyurur: "İmanla küfr arasındakı məsafə namazın tərki qədərdir.”


Məsumlardan hədislər 401-450

Hədis 431: İmam Riza (ə) buyurur: "Hər gün özünü hesaba çəkməyən, (yaxşı və pis əməlini tanımayan) bizdən deyildir.”

* * *
Hədis 432: İbn Abbas (r) nəql edir: "Həzrət Əlinin (ə) xidmətində olduğum vaxt onun öz ayaqqabısını yamadığını gördüm. İmam (ə) soruşdu ki, bu bir tay ayaqqabının qiyməti nə qədərdir? Dedim ki, dəyəri yoxdur. Həzrət (ə) buyurdu: "And olsun Allaha, haqqı ayağa qaldırıb, batili məhv etmək istəməsəydim, mənim üçün bu bir tay ayaqqabı sizə hakimiyyətdən dəyərli olardı.”

* * *

Hədis 433: İmam Təqi (ə) buyurur: "Mö`minin izzəti xalqa möhtac olmamasındadır.”

* * *

Hədis 434: İmam Sadiq (ə) buyurur: "İnsanlar üç qisimdirlər: alimlər, tələbələr və su üstə olan saman çöpü kimi adamlar (nə öyrənən, nə də öyrədənlər).”

* * *

Hədis 435: İmam Həsən (ə) buyurur: "Əgər müstəhəb işlər vacib işlərə zərər vurursa, onları boşlayın.”

* * *

Hədis 436: İmam Kazim (ə) buyurur: "Allah, çox yatıb, bekar gəzən bəndəsini düşmən tutur.”

* * *

Hədis 437: Həzrət Əli (ə) buyurur: "Allaha qarşı itaətsizlik edilməyən gün bayramdır.”

* * *

Hədis 438: Həzrət Əli (ə) buyurur: "Ən pis adam səhvi bağışlamayan və eybi örtməyəndir.”

* * *

Hədis 439: İmam Həsən (ə) buyurur: "Xalqla elə davran ki, səninlə o cür davranmasını istəyirsən.”

* * *

Hədis 440: İmam Səccad (ə) buyurur: "Ən qiymətli adam dünyanın kimin əlində olmasına e`tina etməyəndir.”


Məsumlardan hədislər 401-450

Hədis 441: İmam Kazim (ə) buyurur: "Dünya malı dənizin (şor) suyu kimidir. Susuz adam bu sudan içdikcə daha da susayar, nəhayət, həlak olar.”

* * *

Hədis 442: Həzrət Məhəmməd (s) buyurur: "Elmi öyrənib ona əməl etməyən adamı Allah qiyamət günü məhşərə kor gətirər.”

* * *

Hədis 443: Həzrət Məhəmməd (s) buyurur: "Elm və biliyi bağlayın. Soruşdular ki, necə bağlayaq? Buyurdu: Onu yazmaqla.”

* * *

Hədis 444: Həzrət Əli (ə) buyurur: "Tövbə ilə özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin.”

* * *

Hədis 445: Həzrət Əli (ə) buyurur: "Tövbə qapısı açıq ikən günahının bağışlanacağından ümidini üzmə.”

* * *

Hədis 446: Həzrət Əli (ə) buyurur: "Yalnız öz fikrinə istinad edən kəs büdrəyər.”

* * *

Hədis 447: İmam Baqir (ə) buyurur: "Elmi fayda verən alim yetmiş min abiddən üstündür.”

* * *

Hədis 448: İmam Baqir (ə) buyurur: "Dünyasını axirətinə, axirətini isə dünyasına görə tərk edən kəs bizdən deyildir.”

* * *

Hədis 449: "(Həzrət Peyğəmbərdən (s) soruşdular ki, ən pak qazanc nədir? Buyurdu:) İnsanın öz əli ilə qazandığı.”

* * *

Hədis 449: "(Həzrət Peyğəmbərdən (s) soruşdular ki, ən pak qazanc nədir? Buyurdu:) İnsanın öz əli ilə qazandığı.”

* * *

Hədis 450: Həzrət Əli (ə) buyurur: "Ataların öz övladları üçün qoya biləcəyi ən böyük irs ədəb və düzgün tərbiyədir.”

Məsumlardan hədislər 401-450
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AluRa
    • AluRa
    • 18 Ekim 2015 14:28
    Allah razi olsun bu gozel xeber ucun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.