Təkcə əməllər səninlədir

02 Kasım 2015
1 654
1
Təkcə əməllər səninlədir
Təkcə əməllər səninlədir


Təkcə əməllər səninlədir

Bərzəx aləmində insanın köməyi olan şey, onunla birlikdə olan və onu amanda saxlayan saleh, gözəl əməllərdir. Əgər əməl pis olsa, sahibinin dadına çatmır, onu tək buraxır. Həzrət Əli əleyhis-salam buyurur: "ölüm halında olan bir şəxs üzünü öz malına tutub deyir ki, mən səni əldə etmək üçün çoxlu zəhmətlərə, əzab-əziyyətlərə qatlaşmışam. Mal-dövləti cavabında deyir: Bir kəfəndən başqa məndən heç nə götürə bilməzsən. Üzünü övladlarına tutub deyir, onlar da cavab verirlər ki, biz səninlə yalnız qəbrin başına qədər gələcəyik. Əməlinə üz tutub deyəndə, əməl deyir: "Mən həmişə səninləyəm.”
"Ey Peyğəmbər öz Rəbbinin hökmünə səbr et! Həqiqətən sən, Bizim nəzərimizdəsən”
Burada hökmdə məqsəd, müşriklərə möhlət verilməsi, Peyğəmbərin onları islama dəvət etməsi, onların verdikləri əzab-əziyyətlərə dözməkdir. Allah "Müşriklərin əzab-əziyyətlərinə döz” demədi, əksinə buyurdu ki, Bizim hökmümüzə səbr et. Halbuki, bunların hər ikisinin nəticəsi birdir. Səbrin Həzrətə asan olması üçün belə buyurdu. Çünki, Həzrət Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm Allahın müt”i və mütləq bəndəsi, Onu sidq ürəklə sevəndir. Məbudu ona "Bizim hökmümüz müqabilində səbr et” deyə əmr edəndə, yəni "Mən belə hökm etdim ki, müşriklərə möhlət verib onlara əzab verməyəm. Sən də öz dəvətindən əl çəkmə, əzab-əziyyətə sinə gər. Belə olanda səbr etmək Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-ə asan olur. Xüsusilə də "ə”yünina” kəlməsi ilə. Sözün qısası budur ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm on üç il müddətində Allah üçün Məkkədə qalmalı, əzab-əziyyət görməli, cəfa çəkməlidir ki, "Bədr” müharibəsində onlardan intiqam alsın.
Çünki, möhlət vermədən təkzib edənlərə əzab verilməsi qərara alınsa və həlak olsalar Allahın dəvəti nəticəsiz qalacaqdır. Üstəlik bir müddət verilməlidir ki, onlardan bəziləri iman gətirsin, küfrlərində israr edənlər üçün isə höccət tamam olsun. İlahi qanun bütün peyğəmbərlərin barəsində bu cür olmuşdur. Hətta bütün günahkarlar barəsində də bu cür olmuşdur ki, onlara möhlət verilsin.
Rəvayətdə var ki, Həzrəti Musa əleyhis-salam Firon barəsində lə”nət və qarğış etdi firon”çuların həlak olması qırx il çəkdi. Möhləti Allah verir, amma bu möhlətdən özlərini islah etmək üçün çox az insanlar istifadə edir.


Təkcə əməllər səninlədir
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Maraqlı məqalə idi..
    -Dəyərli xəbər üçün təşəkkürlər..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.