Əlidən (ə) gözəl sözlər

02 Kasım 2015
2 532
2
Əlidən (ə) gözəl sözlər
Əlidən (ə) gözəl sözlər

Əlidən (ə) gözəl sözlər

* Yaxşılıqla əmr etmək, insanların ən fəzilətli əməlləridir.

* Heç kəsin səhvini üzünə vurmayın. O xəta edənə səhvini, başqa birini misal göstərərək anlatın.

* Allah səni azad yaradıb, tamah səni qul etməsin.

* Fikir toqquşmalarından həqiqət çıxar.

* Ölümü unutmaq, qəlbi qaraldır.

* Yalançının başlıca sifətləri bunlardır: Əvvəl sənə dillər tökər, bir çox şeylər vəd edir, sonra səndən əl çəkər, sonra da arxanca sənin əleyhinə bir çox şey deyir.

* Pislikdən çəkinmək, yaxşı bir iş görməkdən yaxşıdır.

* Etdiyi günah bir işlə öyünmək, o günahı etməkdən daha pisdir.

* Ağıllı, şəhvətdən uzaqlaşan, axirəti dünya ilə dəyişməyəndir. Ağıllı, yalnız ehtiyacı qədər və dəlillə danışır, yalnız axirət üçün çalışır.

* Özünü bəyənən və özündən razı olan kəs bir çox təəssüf və əzab çəkir.


* Üzünüzə qarşı edilən şişirtmə tərifləri dinləməkdən özünüzü qoruyun. Çünki onlar ürəkləri çirkləndirib murdar qoxu yayırlar.

* Özünü comərdliyə öyrəşdir və hər əxlaqın ən yaxşısını seç, çünki yaxşılıq vərdiş halına gəlir.

* Söz dilinin susduğu və əməl dilinin söylədiyi nəsihət heç bir qulaq tərəfindən çıxarılmaz və onun faydası ilə heç bir fayda bir olmaz.

* Kamal, doğru danışmaq və doğru olmaqdır.

* Qəzəb pis bir yoldaşdır. Qüsur və eybəcərlikləri aşkara çıxarır, insanı pisliyə yaxınlaşdırıb yaxşılıqdan uzaqlaşdırır.

* Mülayimlik böyüklükdür. Mülayimlik bitməz tükənməz mənbədir. Heç kəsə əsla əziyyət etmə, etdiyin şeyin nəticələrini görüb və eşidərsən.

* Susmaq, sənə ciddi bir paltar geyindirir və sonunda üzr istəmə çətinliyindən qoruyur.

* Elm heç bir sərvət ilə satın alınmaz. Onun üçündür ki, bir cahil nə dərəcədə zəngin olursa olsun, ən kasıb bir alim ilə müqayisə olunmaz.

* Mürvət, insanın özünü ləkələyəcək şeylərdən çəkinməsi və gözəllik verəcək şeylərə yaxınlaşmasıdır. Fəzilət, gücü çatanda bağışlamaqdır.

* Sənin haqqında yaxşı gümanda olanın gümanını gerçəkləşdir.


* Yeni elmi şeyləri öyrənmək, ürəyinizin yorğunluğunu və narahatlığını aparır, çünki qəlbləriniz də orqanizminiz kimi yorulur.

* Xəsis, dünyada öz nəfsinə səxavətli davranmır, bütün malını varislərə verməyə razı olur.

* Yalançılardan daim uzaq olun. Çünki onlarla səmimi olub və onlarla gəzib qalxsanız, siz də yalançı olarsınız.

* Fasiq və günahkar insanlarla yoldaş olmaqdan çəkin, çünki pislik pisliyə qovuşar.

* İnsanpərvərlik, əhda vəfa, verdiyi sözü tutmaqdır.

* Şücaət və cəsarət üçün heç bir şey gözləmə. Pis vərdişləri tərk etmək, ən böyük ibadətdən.

* Ehtiras, qafillərin qəlbində şeytanların sultanıdır.

* Həddini bilən kimsə, təhqir görmür.

* Səbr insanın başına gələnə dözməsi deməkdir. Onu qəzəbləndirən qarşı da özünə hakim olmaqdır.

* İkilinin dilində dad, qəlbində fəsad gizlidir.


* Qəzəb dəlilikdən bir hissədir. Çünki sahibi peşman olar, peşman olmursa dəliliyi tamamilə möhkəmlənmiş deməkdir.

* Çətinliyə düşmədən əvvəl tədbir alan şəxs, ayağını möhkəm yerə qoymuş olur.

* Həsəd edənin sevgisi sözlərində görülür. Kinə işlərində gizlədir. Adı dost, faktiki düşmənçilikdir.

* Ədəb yüklənən kimsənin pislikləri azalar.

* Səbr iki hissədir, bəlaya səbr yaxşı və gözəldir. Bundan da gözəli, haram işlərə qarşı səbirdir.

* Sirlərini ona buna desən başına gələcək zillətlərə razı ol.

* Söz dərmandır, azı yaşadır, çoxu öldürür.

* Edəcəyin xeyirli, faydalı işləri sabaha qoyma. Bəlkə sabah olur sən olmasan.

* Hərislik və tamah, yorğunluq və çətinliyin açarıdır.

* Söyləyənə baxma, söylənənə bax.

* Elm məclisi cənnət bağçasıdır.

* Söz sizin ağzınızda olduğu müddətcə, sizin qulunuz, ağzınızdan çıxandan sonra siz sözünüzün əsiri olarsınız.

* Xeyirxahlıq könülə rahatlıq, bədənə sağlamdır.


Əlidən (ə) gözəl sözlər
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Çox dəyərli sözlər var idi..
    -Çox sağolun dəyərli xəbər üçün...
  2. SindireLLa
    Pis deyiLdi. Paylaşimincun təşəkkür.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.