İsmət xəzinəsindən incilər

02 Kasım 2015
1 357
2
İsmət xəzinəsindən incilər
İsmət xəzinəsindən incilər


İsmət xəzinəsindən incilər


1. İmam Riza (ə) buyurur: "Fiqhin və fəhmin nişanələrindən biri təmkin və sükutdur." (Üsuli-kafi, kitabu-fəzlil-ilm, c.1, səh103)

İsmət xəzinəsindən incilər

2. Fəth ibn Yəzid Curcani deyir: Məkkədən Xorasana qayıdırdım. Yolda İraqa səfər etməkdə olan imam Riza (ə) ilə qarşılaşdım. Eşitdim ki, belə buyurdu: "Hər kəs Allahdan qorxsa, mühafizə olunar və hər kəs Allaha itaət etsə, ona itaət edərlər." Mən çətinliklə bir vasitə tapıb o cənabın hüzuruna yetişdim və ona salam verdim. Salamımın cavabını verib buyurdu: "Ey Fəth! Hər kəs Allahı razı salsa, məxluqun qəzəbindən qorxmaz. Həqiqətən, Allahı yalnız Özü-Özünü vəsf etdiyi kimi vəsf etmək olar, başqa cür vəsf etmək olmaz. Necə dərk etmək olar bir varlığı ki, hiss üzvləri Onu dərk etməkdə acizdirlər. Hətta təsəvvürlər də onun dərgahına çatmazlar."
Kainatda cövlan edən xəyallar Onu məhdud edə bilməz. Gözlər Onu əhatə etməkdən acizdirlər. Vəsf edənlərin vəsfindən ucadır, məddahların mədhindən yüksəkdir. Yaxın ola-ola uzaqdır və uzaq ola-ola yaxındır. O Öz uzaqlığında yaxındır və yaxınlığında çox-çox uzaqdır. Necəliyi və formanı O yaratmışdır və demək olar ki, "O necədir? Yerləşməni O reallaşdırıb və haradadır?" – sualı ona yaraşmaz. Çünki onun cavabına "necədir?" və "haradadır?" – sualı yol tapa bilməz. (Üsuli-kafi, Kitabi-tövhid, Külliyati-tövhid babı, c.1, səh.399)


İsmət xəzinəsindən incilər

3. İmam Riza (ə) buyurdu: "Bizim şiələrimizi üç məsələ ilə sınağa çəkin."
Namazın vaxtlarına əhəmiyyət. Görün namazı ilkin vaxtda qılırlar, ya yox?
Sirr saxlamaq. Yəni görün sirləri və məhramanə məsələləri gizlətməyə çalışırlar, ya yox?
Maddi imkanlar nöqteyi-nəzərindən yoxlayın görün öz var-dövlətindən dini qardaşları üçün pay ayırır, onların əlindən tuturlar, ya yox. (Came ye-ayat və əhadise-nəmaz, c.1, səh.60)


İsmət xəzinəsindən incilər

4. İmam Riza (ə) buyurmuşdur: "Peyğəmbərlərin (s) silahını özünüzlə gəzdirin."
Soruşdular: "Ey Rəsulallahın övladı, Peyğəmbərlərin (s) silahı nə idi?"
Buyurdu: "Dua!" (Səfabəxş və moşkelgoşa, səh.14)


İsmət xəzinəsindən incilər

5. İmam Riza (ə) buyurmuşdur: "Biz elə bir əhli-beytik ki, kimə söz versək, onu öz borcumuz hesab edərik, yəni borc kimi onu qaytarmağı özümüzə lazım bilərik. Necə ki, Peyğəmbər (s) belə edərdi." (Biharul-ənvar, c.75, səh.339)

İsmət xəzinəsindən incilər

6. İmam Riza (ə) buyurmuşdu: "Hər kəs Allah-Təaladan gələn az ruziyə qane olsa, Allah-Təala da onun az əməlinə razı olar." (Biharul-ənvar, c.75, səh.349)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SindireLLa
    Gözəl sözlər idi. Allah razi olsun.
  2. -Aydan-
    ...---Buyurun---.....
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.