Necə şadlanaq ki, İmamımız da şad olsun?

12 Kasım 2015
1 090
1
Necə şadlanaq ki, İmamımız da şad olsun?
Necə şadlanaq ki, İmamımız da şad olsun?


İmam Sadiq (ə) buyurur: "Bizim şiələrimiz - bizdəndirlər. Bizim narahatlıqlarımız onları qəmgin edər, şadlığımız onları şad edər".

İmam Rza (ə) Riyan ibni Şəbibə buyurur: "Ey ibni Şəbib! Əgər behiştdə bizimlə birlikdə olmaq istəyirsənsə, bizim qəmimizdə qəmgin ol, bizim şadlığımızda şad ol!".
imamların (ə) şad günləri dedikdə mövludları və xoş günləri nəzərdə tutulur, o cümlədən Nimeyi-Şəban kimi.
Başqalarını şad etməyin İslam dinində əhəmiyyəti böyükdür. Belə ki, İmam Sadiq (ə) buyurur: "Sizlərdən heç kim güman etməsin ki, mömini şad edəndə ancaq onu şad etmişdir. Allahı, Allahın Rəsulunu (s) şad etmişdir".


İmam Sadiqdən (ə) gələn başqa hədisdə oxuyuruq: "Allah mömini qəbrindən məbus edən zaman onunla qəbrindən bir misal qalxar və qarşısında olar. O yerdə ki, mömin Qiyamətin qorxulu sənhələrini görər, həmin misal deyər: "Qorxma, qəm yemə. Allah tərəfindən olan şadlıq və kəramətə görə müjdəni al". O yerə qədər ki, Allah Təala dərgahında dayanar və ondan asan hesab çəkilər və buyurular: "Onu behiştə aparın". Və həmin misal onun qarşısında olar. Mömin ona deyər: "Allah rəhmət etsin, necə də yaxşısan ki, qəbrimdən mənimlə bayıra çıxdın və davamlı olaraq mənə Allah tərəfindən şadlığı müjdə verdin. Sən kimsən?". Həmin misal deyər: "Mən həmin şadlığam ki, dünyada mömin qardaşının ürəyinə salmışdın. Allah məni ondan yaratmışdır ki, sənə müjdə verəm".
Bəs necə şadlanaq ki, İmamımız (ə.f) da şad olsun?


Həzrət Peyğəmbər (s) buyurur:

Əlbəttə, şad olmağın öz ədəb və qaydaları vardır.

1. Şadlıq məclisləri gərək günahdan uzaq olsun. Belə ki, İmam Sadiq (ə) buyurur: "Allahı qəzəbləndirməyin, insanlardan bir nəfərin razılığına görə. İnsanlara yaxınlaşmayın, Allaha uzaq olmaq vasitəsilə".
Həzrət Sadiq (ə) başqa yerdə buyurur: "Möminə layiqli deyildir, o məclisdə əyləşsin ki, orada Allahın haram etdiyi günah edilər". Bayramlarda haram musiqidən çəkinmək lazımdır.

2. Başqalarına əziyyət verilməsin. Şadlanmağın ədəblərindən biri də budur ki, başqalarına əziyyətlə bir yerdə olmamalıdır. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim möminə əziyyət verər, mənə əziyyət vermiş olar".
3. Hədiyyə vermək. İslam dininin bayramlarının sünnətlərindən biri hədiyyə verməkdir. İmam Rza (ə) buyurur: "(Qədir-Xum günündə) Bu gündə qardaşlarına hədiyyə ver və şad et hər bir mömin kişi və qadını".


Necə şadlanaq ki, İmamımız da şad olsun?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    Allah raiz olsun bu xeebride cox beyendim heqiqeten deyerli xeber idi :)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.