Möminin qəlbinə sevinc bəxş etmək

12 Kasım 2015
982
1
Möminin qəlbinə sevinc bəxş etmək
Möminin qəlbinə sevinc bəxş etmək


Ey əziz qardaş, bacardıqca möminlərin qəlbinə sevinc bəxş etməyə çalış! Bunun savabının həddi hüdudu yoxdur. Möminin qəlbinə sevinc bəxş etmək sanki bir şəhər inşa etmək kimidir.
Rəsulullah (s)-dan nəql edilən rəvayətdə buyurulur:
"Allah dərgahında ən sevimli əməllərdən biri möminin qəlbinə sevinc bəxş etməkdir" ("Usulul-kafi" c.2, səh.151, hədis: 2)
Həmçinin, Rəsulullah (s) buyurub:
"Kim mömini sevindirərsə məni sevindirər, kim məni sevindirərsə Allahı sevindirər" ("Usulul-Kafi" c.2, səh.150, "Biharul-Ənvar" c.74, səh.287)
İmam Sadiq (ə)-dan nəql edilən rəvayətdə buyurulur:
"And olsun Allaha ki, Rəsulullah (s) bir möminin ehtiyacı olduğunu eşitdikdə onun hacətini yerinə yetirməyə çalışırdı"

Möminin qəlbinə sevinc bəxş etmək
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    Allah razi olsun az olsada redakteyi cox beyendim gozel gorsenir :)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.