Həzrət Əli Peyğəmbərin zamanındakı bütün savaşlarda iştirak edibmi?

12 Kasım 2015
1 267
2
Həzrət Əli Peyğəmbərin zamanındakı bütün savaşlarda iştirak edibmi?
Həzrət Əli Peyğəmbərin zamanındakı bütün savaşlarda iştirak edibmi?



Həzrət Əli (ə) Peyğəmbərin (s) zamanında baş vermiş bütün savaşlarda (birindən savayı) iştirak edib və bunların hər birində böyük şücaət göstərib. O həzrətin qatılmadığı yeganə savaş Təbuk müharibəsi idi.

Peyğəmbər bu savaşa yola düşəndə Mədinə şəhərində Əli ibn Əbutalibi (ə) öz yerinə canişin qoydu.

Peyğəmbər (s) qoşunla Mədinəni yenicə tərk etmişdi ki, şəhərdə qalan münafiqlər belə bir şayiə yaymağa başladılar ki, guya Əli (ə) yolun uzaqlığından qorxuya düşüb müharibəyə getməkdən imtina etmiş və Mədinədə qalmışdır. İmam Əli (ə) bu şayiələrə son qoymaq niyyətilə təcili Mədinədən çıxıb Peyğəmbərin (s) hüzuruna getdi və əhvalatı ona söylədi. Peyğəmbər (s) Əlini (ə) sakitləşdirib deyilən sözlərin böhtan olduğunu təsdiqlədi və buyurdu: "Ey Əli! Mənim üçün sən, Musa üçün Harun kimisən. Bircə fərq var ki, məndən sonra peyğəmbər gəlməyəcək!" Bu hədis tarixdə "mənzilət hədisi" kimi tanınır və İmam Əlinin (ə) fəzilətlərinə bir sübut sayılır


Həzrət Əli Peyğəmbərin zamanındakı bütün savaşlarda iştirak edibmi?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    ALLAH razi olsun ellerinize sagliq
  2. Minyon giril
    Allah razi olsun deyerli xebere gore cox sagolun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.