Möminlər namazlarını qoruyurlar

24 Kasım 2015
1 319
1
Möminlər namazlarını qoruyurlar
Möminlər namazlarını qoruyurlar

Möminlər namazlarını qoruyurlar

Allah Qurani-kərimdə buyurur: ﻭَﺍﻟَّﺬِﻳﻦَ ﻫُﻢْ ﻋَﻠَﻰ ﺻَﻠَﺎﺗِﻬِﻢْ
ﻳُﺤَﺎﻓِﻈُﻮﻥَ “Və onlar (möminlər) ki, namazlarını
qoruyurlar”. (“Məaric”, 34.)
Namaz iki halda qoruna bilər:
Namaz qılan şəxs namazın hökmlərinin düzgün
icrasına, surə və zikrləri doğru qiraət etməsinə
diqqət yetirməlidir.

Namazda qorunması lazım olan şərtlərə və
onların mənəvi yönlərinə diqqət edək:
a) Namaz qılan şəxsin bədəni və paltarı nəcisdən
pak olmalıdır.
Bu, həm də insanın günah və rəzil
əxlaqi keyfiyyətlərdən pak olmasına işarədir.
Bəlkə də, dəstəmaz almaqdan məqsəd maddi
aləmdən əlini üzüb, mənəviyyata yaxınlaşmaq,
qüsl isə şəhvət dəryasından paklıq sahilinə
çıxmaqdır.
b) Namaz halında üzü qibləyə - Kəbə evinə tərəf
dayandığımız kimi, bütün vücudumuzu, qəlbimizi
də o evin sahibinə - Allaha yönəltməliyik.

q) Namaz vaxtlarına diqqət yetirmək insanı ömr
sərmayəsinin qədrini bilməyə, bu xəzinədən lazım
olan bir gün üçün səmərli istifadə etməyə sövq
edir.
c) Namaz qılınan yerin mübah olmasının lazımlığı,
insanın maddi aləmin fövqündə dayanmasının
rəmzidir. Buna görə də namaz “Merac”a
bənzədilmişdir.

Yuxarıda qeyd edilən şərtlərdən başqa Namazda
saf niyyətin, qəlb hüzurunun olması da çox
önəmlidir.
İslam Peyğəmbərindən (s) belə nəql edilir:
“Qəlbin hüzuru olmadan namaz yoxdur”.
(“Ərbəin”, Şeyx Bəhai, hədis. 37.)
Namazda nə qədər qəlb hüzuru olarsa, namaz da
o qədər qəbul edilir. Belə ki, əgər insanın namaz
halında Allaha diqqəti bir-iki dəqiqəlik olarsa,
onun bir iki dəqiqəlik namazı da qəbul edilir və
namazın qalan hissəsi isə boş əyilib qalxmaqdan
başqa bir şey olmur.


Möminlər namazlarını qoruyurlar

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    İslam Peyğəmbərindən (s) belə nəql edilir:
    “Qəlbin hüzuru olmadan namaz yoxdur”.
    -Bəli namazdır müsəlmanı ucaldan , mərhəmətli edən , Allaha yaxınlaşdıran..
    -Çox dəyərli xəbərdir..
    -Təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.