İnsanı namazdan saxlayan amillər

25 Kasım 2015
1 597
3
İnsanı namazdan saxlayan amillər
İnsanı namazdan saxlayan amillər
İnsanı namazdan saxlayan amillər
Namaz - dinimizin sütunudur və hər bir əməlimizin qəbul olması, onun qəbul olmasından asılıdır. Namaz qılmağa mane olan amillər vardır ki, əgər onları aradan qaldırmaq mümkün olsa, insan namaza tərəf meyl edər
Bu maneələri tanıyaq:
1. Özünə etimad etməmək. Bəzən elə hallara rast gəlmək olur ki, insan namaz qılmağa başlayır və bəzi cahillər ona məsxərə edirlər. Bu zaman əgər insanın özünə etimadı olmazsa, namazı tərk edər və meydandan qaçar.
2. Günah. Namaz qılmağa mane olan amillərdən biri də günahı tanımamaqdır. İnsan əgər günahı tanıyar və ondan çəkinməyə çalışarsa, bu zaman daha çox namaza tərəf meyl edəcəkdir.

3. Pis dost. Pis dost insanı bəyənilən işlərdən saxlayar. Elə cavanlar vardır ki, dini məsələlərə tərəf həvəs göstərir və vacibatlarını yerinə yetirməyə rəğbət edirlər. Lakin tanışları, dostları əgər namaz qılan deyildirsə, onu bu işdən çəkindirər və insandan ibadət tofiqini alırlar.
4. Ümidsizlik. Bəzi insanlar belə düşünür ki, günahkardır və Allah onu heç bir zaman bağışlamayacaqdır. Ona görə də ümidsiz olub, ibadət etməyə meyl etməzlər. Əgər Allahın rəhmətinə ümidvar olsaydılar, ibadət edər və tövbə edərdilər.
5. Hacətlərinin yerinə yetməməsi. Bəzi insanlar Allaha etdikləri dualarına çatmaqdılarına görə tərslik edir və ibadət etməməklə Allahdan küsürlər. Belə bir insana başa salmaq lazımdır ki, bəzən elə dualar vardır ki, onun yerinə yetməsi insanın xeyrinə deyil, əksinə ziyanınadır. Allah hər bir insanın xeyrini istəyir. "Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki, o, sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki, o, sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz". ("Bəqərə" 216).
Əgər insan bu maneələri aradan qaldırmağı bacararsa, o zaman namaza meyl edər və ibadət edər
İnsanı namazdan saxlayan amillər
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AleDa
    • AleDa
    • 25 Kasım 2015 23:30
    Mende cox ıstıyırem Namaza baslamaq.. Insallah qısmet olar..Allah razı olsun..
  2. royus
    • royus
    • 25 Kasım 2015 15:30
    cox lazimli bir xeberdir tesekkurler
  3. -Aydan-
    -Allah razı olsun.. Çox dəyərli xəbərdir..
    -Mən inanmıram heç bir müsəlman namazdan ayrılsın..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.