Gecə namazının fəziləti haqqında

22 Şubat 2016
2 478
4
Gecə namazının fəziləti haqqında
Gecə namazının fəziləti haqqında


Məsumlardan çoxlu rəvayətlər nəql olunmuşdur.Həzrəti Peyğəmbər (s.a.v.s) Hz. Əli (ə) vəsiyyət edərkən üç dəfə təkidlə buyurur:" Gecə namazı qılmağı özünə vacib et!" İmam Sadiq (ə) buyurmuşdur: " Dünya malı və övladlar bu dünya həyatının, gecə namazı isə axirət həyatının zinətidir." "Gecə namazı qılın. O, Peyğəmbərin sünnəti və sizdən qabaq yaşayan saleh insanların ənənəsisdir. Gecə namazı ağrı və xəstəlikləri sizin bədəninizdən uzaqlaşdırar." " Gecə namazı qılmaq insanın üzünü nurani, əxlaqını gözəl, iyini pak edib ruzini çoxaldar. İnsanın borcunun ödənməsinə, qəm- qüssəsinin aradan getməsinə səbəb olub, insanın gözünə cilvə və işıqlıq verər." Peyğəmbərimiz (s.a.v.s) buyurur: " Göydəki ulduzların yer əhli üçün işıq verdiyi kimi, gecə namazı və Quran oxunan evlər də səma əhli üçün işıq saçır." Bu mənəvi və Allah istəyən ibadətə nail olmaq üçün gecənin əvvəlindən onu yerinə yetirməyə söz verib, xüsusilə gecə az yeməklə, sübh oyanmağa özünüzü hazırlayın. Hz. Əli (ə) buyurub: Üç şeyi başqa üç şeylə istəmək olmaz:

Gecə namazının fəziləti haqqında

1. Gecənin oyanıqlığını- çox yeməklə;

2. Üzün nurunu- bütün gecəni yatmaqla;

3. Dünyada əmin- amanlıqda olmağı- fasiq və facirlərlə oturub durmaqla.


Gecə namazının fəziləti haqqında
Gecənin ibadəti- övliyanın baharıdır. İnsan gecə yatarkən dəstəmaz alıb (ümumiyyətlə möminin daim dəstəmazlı olmasına diqqət yetirməsi daha xoşdur) Allahdan gecə dura bilməsə, Allah Təala onun mükafatını verər. "Hər kəs gecə namazı niyyətini edərək yatıb, yuxuya qalarsa, onun yuxusu sədəqə sayılır və Allah onun üçün gecə namazının savabını yazır." Əli (ə) buyurur: " Gecəni Allaha itaət və ibadətlə keçirtmək övliyanın baharı və səadətlilərin bağıdır."

Gecə namazının fəziləti haqqında
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ceyla
    • ceyla
    • 23 Şubat 2016 10:30
    gecə namazının feziletin bilirdim cox sag olun belə dəyərli xeberler ucun
  2. sevgilisinin meleyi
    ALLAH razi olsun
  3. Saida
    • Saida
    • 22 Şubat 2016 23:57
    Allah razi olsun
  4. allah bendesi
    kitabda bu haqda cox geniş melumat var..cox sag olun deyerli paylaşim ucun ALLAH Razi olsun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.