Fatimə haqqında

06 Ekim 2014
2 138
0
Fatimə haqqında
Fatimə haqqında

Xanım Fatimə Allahın rəsulu Muhəmmədin - sallallahu aleyhi və səlləm - birinci həyat yoldaşı Xədicədən olan qızı, Həsən və Hüseynin anasıdır. Allah onlardan razı olsun!
O, Muhammədə peyğəmbərliyin verilməsindən bir müddət əvvəl miladi təqvimi ilə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Bədr döyüşündən sonra Əli ibn Əbu Talibə ərə getmişdir. Peyğəmbər onu çox istəyər və ona hörmət edərdi. Fatimə səbirli, dinə bağlı, səxavətli, ismətli, mehriban, sədaqətli və Uca Allaha şükür edən bir bəndə idi.
Allah Rəsulunun danışığına insanlar içərisində ən çox oxşayanı Fatimənin danışığı idi. Aişə demişdir: “Danışığında Allah Rəsulunun sözünə Fatimədən daha çox oxşayan birini heç bir zaman görmədim”. (əl-Buxari 233, Muslim, 3349).
Fatimə atasının yanına daxil olduqda, o ayağa durar, onu qucaqlayıb öpərək salamlayar, Fatimə də ona qarşılıq verərdi. Peyğəmbərin vəfatından sonra Fatimə altı ay yaşadı.
Abbas onun üçün cənazə namazı qılmış, Əli və Fəzl onu qəbirə endirmişdi. Fatimənin oğlanları Həsən və Hüseyn, qızlarından biri Ömər ibn Xattaba ərə getmiş Ummu Külsüm, digəri isə Abdullah ibn Cəfər ibn Əbu Talibə ərə getmiş Zeynəb idi.
Aişədemişdir: “Fatimə Peyğəmbərin yürüdüyü tərzdə yürüyərək gəldi. Peyğəmbər dedi: “Xoş gəldin, mənim qızım”. Sonra onu sağ və yaxud sol tərəfinə otuzdurdu, sonra ona gizlicə bir söz söylədi və Fatimə ağladı. Mən ona: “Nə üçün ağlayırsan?” deyə soruşdum. Sonra o Fatiməyə gizlicə bir söz söylədi və o gülümsədi. Mən: “Bu günki kimi sevincin kədərə bu cür yaxın olduğunu görmədim”. Rəsulullahın ona nə söylədiyini soruşdum və o: “Allah Rəsulunun sirrini açmaram” deyə söylədi. Peyğəmbər vəfat etdikdən sonra ondan bu barədə soruşdum və o dedi: “O mənə dedi: “Cəbrayıl mənə hər il bir dəfə Quranı oxuyurdu, lakin bu il iki dəfə oxudu, hiss edirəm ki, artıq əcəlim yetişib. Əhli Beytimdən mənə ilk qovuşan sən olacaqsan”. Ona görə də mən ağladım. Sonra o dedi: “Cənnət əhlinin və yaxud mömin qadınların seyyidi olmaq istəməzsən?”. Buna görə də güldüm". (əl-Buxari 3437, Muslim, 4483).
Abdullah ibn Məsudun rəvayət etdiyi hədisdə belə deyilir: "Peyğəmbər Kəbədə namaz qılırdı və Əbu Cəhl və yoldaşları orada əyləşmişdilər. Bu zaman onlardan bəziləri digərlərinə: “Sizlərdən kim filan və filan dəvənin içalatını gətirib Məhəmməd səcdə etdikdə onun belinə qoya bilər? Beləliklə, qövmün ən bədbəxti gedib bunu gətirdi və Peyğəmbər səcdə edənə kimi gözlədi, sonra isə iki çiyninin arasına belinə qoydu. Bu zaman mən baxırdım, lakin heç gücüm olmadığından ona yardım edə bilmirdim. Onlar gülürülər və gülərək bir-birinə söykənirdilər və Allah Rəsulu səcdə edirdi və başını qaldırmırdı. Sonra Fatimə gəlib içalatı onun kürəyindən götürüb kənar etdi. Sonra Allahın Elçisi başını qaldıraraq üç dəfə: “Ey Allahım! Qureyşi sənə həvalə edirəm" deyərək dua etdi. Onlara bəd dua etdikdə bu onlara ağır gəldi, vəlvələyə düşdülər. Çünki onlar düşünürdülər ki, bu diyarda edilən dualar qəbuldur...". (əl-Buxari və Muslim).
Digər bir hədisəAllahın Elçisi belə deyir: “Fatimə məndən bir hissədir, kim onu qəzəbləndirərsə, məni qəzəbləndirər”. (Buxari və Müslim).
Başqa bir rəvayətdə isə belə deyilir: "Dünyadakı ən fəzilətli dörd qadın bunlardır: Məryəm, Asiyə, Xədicə və Fatimə".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.