Dırnaq uzatmağa icazə verilirmi?

01 Eylül 2016
2 675
1
Dırnaq uzatmağa icazə verilirmi?
Feat.Az islam.az-a istinadən bildirir ki, dırnaq uzatmaq kişiyə yaraşan hərəkət deyil, amma qadınlar üçün icazəlidir. Həzrət Mühəmməd Peyğəmbər (s) kişilərə tapşırırdı ki, dırnaqlarını qısaltsınlar. Qadınlara isə buyururdu ki, dırnaqlarınızı uzun saxlayın; bu, sizin üçün bəzəkdir (Əl-Kafi, VI, 491-492). Kişinin özünə bəzək vurması eyib olduğu üçün, uzun dırnaq saxlaması da məsləhət deyil. Dırnaq saxlayan qadınlar ona qulluq etməyi də bacarmalıdırlar. Gərək təmizliyə riayət olunsun, dırnaqların altında kir yığılmasın. Həmçinin, dırnaq o qədər uzun olmasın ki, dəstəmaz alan zaman barmağın tam islanmasına maneçilik törətsin. Buna görə də, qadınların öz dırnaqlarını həddən artıq uzatmaması tövsiyə edilir.

RƏYLƏR
  1. ..::TeHLuKe::..
    melumat ucun cox sagolun mende uzatmaq isteyirdim ama namaz qildigim ucun cekinirdim dirnaq uzatmaqdan
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.