Qızıldan diş düzəltdirmək caizdirmi?
Feat.Az meneviyyat.az-a istinadən bildirir ki, müasir alimlərdən də qızıl və gümüşün məcburiyyət qarşısında və ya ehtiyaca görə dişlərin müalicəsində istifadə oluna biləcəyini deyirlər. Ancaq bu bəzək və zinət üçün olarsa caiz deyildir. Bundan başqa günümüzdə dişlərin müalicəsində qızılın yerini tutacaq başqa maddələr olduğu və həkimlərimiz də sağlamlığımız baxımından onların istifadəsinin heç bir əks təsirinin olmadığını dedikləri üçün qızılın yerinə onların istifadəsi daha məqsədə uyğun olacaqdır.
Qısacası, dişlərin qızıldan düzəldilməsinə cəvaz verənlər olsa da, ehtiyatlı davranıb qızıldan istifadə etməmək daha yaxşı olar.