Ər öz arvadını yaxın qohumlarının evinə getməyə qoymursa...

24 Şubat 2017
1 555
0
Ər öz arvadını yaxın qohumlarının evinə getməyə qoymursa...
Ər öz arvadını yaxın qohumlarının evinə getməyə qoymursa, qadın nə etməlidir?

Ailədə ərlə arvadın münasibətləri qarşılıqlı hörmət və səmimiyyət üzərində qurulmalıdır. Şəriət baxımından qadın öz ərinin icazəsi olmadan evdən heç yerə, o cümlədən, atası evinə də gedə bilməz. Amma bu, kişiyə haqq vermir ki, qadının öz valideynlərinə olan bağlılığına etinasız yanaşsın.

Feat.Az islam.az-a istinadən bildirir ki, hər bir insanın öz yaxınlarını sevməsi və vaxtaşırı onlarla görüşmək istəməsi təbiidir. Dinimiz də sileyi-rəhmi, yəni qohumlarla mehriban davranmağı və onlarla mütəmadi görüşməyi ciddi tövsiyə edir. Kişi öz həyat yoldaşının ata evi ilə əlaqə saxlamasını təmin etməlidir. Əgər ata evi ilə sıx rabitə saxlamaq onların ailədaxili münasibətlərinə mənfi təsir göstərirsə, kişi bu müdaxilənin qarşısını xoşluqla almağa çalışmalı və həyat yoldaşı ilə bunu müzakirə etməlidir. Ailə işlərinə kənardan müdaxilənin qarşısını almaq mümkün olmadıqda rabitəni bir qədər məhdudlaşdırmaq icazəlidir. Amma qadını atası evinə həsrət qoymaq, valideynləri ilə görüşməyə icazə verməmək yolverilməzdir. Bunu edən kişi öz həyat yoldaşının haqqına təcavüz etmiş olur, günah qazanır və Allah qarşısında cavabdehlik daşıyır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.