Əli əleyhissəlamın bəyanında şiələrin nişanələri

20 Ekim 2014
1 756
0
Əli əleyhissəlamın bəyanında şiələrin nişanələri
Əli əleyhissəlamın bəyanında şiələrin nişanələri

Əli əleyhissəlamın bəyanında şiələrin nişanələri

Əmirəl-Möminin Əliyyibni Əbitalib əleyhissalam Əhnəf ibni Qeys üçün öz şiələrinin əlamətlərini bəyan edərək buyurdu ki, "...onların qədəmləri gecə namazına duran, rüku və səcdə halında əyilənlərdir; Quran oxuyurlar, onların Allahın xovfundan etdikləri ah-nalələri ucalar...”
Burada bir hədislə kifayətlənirik: Əli əleyhissalam bir aylı gecədə camat namazını qılıb qurtarandan sonra məsciddən çölə çıxdı. Səhabələrindən bir dəstəsi onun ardınca gəlirdilər. Həzrət soruşdu ki, siz kimsiniz? Ərz etdilər ki, biz sənin şiələrinik. Buyurdu: "Mən şiələrin əlamətlərini sizlərdə görmürəm.” Ərz etdilər ki, şiələrin əlamətləri hansılardır? Buyurdu: "Bizim şiələrimiz o kəslərdir ki, gecələr oyaq qalmaq nəticəsində üzləri saralar, zəifləyər, ağlamaq nəticəsində gözlərinin nuru azalar, qarınları oruc tutmaq nəticəsində arxaya çəkilmiş, kürəkləri rüku və səcdə etməkdən əyilmiş olar, ağızları çox dua oxumaq nəticəsində qurumuşdur. Budur Əhli-beyt əleyhissalam-ın şiələrinin sifətləri!”


Gecə namazı qılmağın dünyəvi faydaları


İmam Həsən Əsgəri əleyhissalam İbni Babəveyh Qumiyə yazdığı bir məktubda ona üç dəfə gecə namazı qılmağı tövsiyə edir. (Ələykə bisəlatilləyli).
İndi isə nümunə üçün gecə namazının bir neçə dünyəvi və bir neçə axirət faydalarını qeyd edirik:
Gecənin axır vaxtlarında yuxudan durub gecə namazı qılmaq cismi sağlamlığa səbəb olur. Həzrət Əli əleyhissalam-dan rəvayət olunub ki, "Hər kəs çox yatsa, xüsusilə də sübh vaxtı, bədənində ağırlıq və kəsalət olar.”
Gecə namazı gözün nurunu artırır, ruzini bol edir, məhəbbətə səbəb olur. Bir hədisdə buyurulur ki, bir qadın Həzrət İmam Sadiq əleyhissalam-ın yanına gəlib dedi: Ey Peyğəmbərin övladı, ərim məni çox istəmir, mən nə edim? Həzrət buyurdu: Get gecə namazı qıl. O qadın bir müddətdən sonra yenidən həzrətin hüzuruna gəlib təşəkkür edərək dedi ki, o vaxtdan bəri ərim məni istədiyi qədər heç kəsi istəmir.
Həzrət buyurdu ki, Allah rəhmət eləsin o qadına ki, gecə namazına durub ərini də namaza oyatsın, həmçinin, Allah rəhmət eləsin o kişiyə ki, özü gecə namazına qalxıb arvadını da namaz üçün oyatsın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.