İslamda nə cür əlaqə zina sayılır?
"Qoy evlənməyə imkanı olmayanlar, Allah öz lütfü ilə onları varlandırana qədər, ismətlərini qorusunlar. Sahib olduğunuz əsirlərdən (özünün azad olmasına dair sizdən) yazılı müqavilə istəyənlərə, - əgər onlarda bir xeyir görürsünüzsə - istədikləri müqaviləni yazıb verin. Allahın sizə verdiyi maldan onlara da verin. Evlənmək istəyən qızlarınıza, dünya həyatının keçici mənfəətlərini əldə etmək üçün təzyiq göstərib, onları üsyana (istəmədikərinə verməyə) məcbur etməyin."
Feat.Az muselmanlar.com-a istinadən bildirir ki, insan həm maddi həm də mənəvi yönüylə kamil olandır. Bu səbəblə digər canlılardan fərqli olaraq cinsi əlaqə qurmaq istəyənlərə daha gözəl yol göstərərək ailə qurmalarını və bir-birinə qarşı məhəbbətli, şəxsiyyətli olmağı öyrədir.
Sualınıza əsasən; Allahın bu kimi ayələri ortada olduğu halda, din və insanlıq adına belə bir şeyi Quranı bilən bir ilahiyatçı iddia edə bilməz və öz yaxınlarının belə iffətsiz bir işlə məşğul olmasını rəva görməz. Təəssüf ki, tək günümüzdə deyil, keçmişimizdən bu yana bəzi sözdə alimlər (!) - ayələri öz nəfsi arzularına uyğun yorumlayaraq ya pul müqabilində mütəyə (siğə) ya da qarşılıqlı razılaşma yoluyla nikahsız cinsi əlaqəyə girmək olar - deyərək, Qurana tərs fətvalara qol qoya bilirlər.