Allah Təala sevir ki, ona tərəf dua üçün qaldırılan əldə əqiq üzük olsun

26 Nisan 2017
2 419
0
Allah Təala sevir ki, ona tərəf dua üçün qaldırılan əldə əqiq üzük olsun
Üzüyün qaşının nə olması daha yaxşıdır? Hədislərimiz bizə bununla bağlı bəzi tövsiyələr verir. O cümlədən, Həzrət Peyğəmbər (s) buyurur: "Ələ yaqutdan olan üzük taxmaq - yoxsulluğun aradan getməsinə səbəb olar. O kəs ki, əqiq üzük taxar - ümid vardır ki, aqibəti xeyirli olsun".

İmam Əli (ə) buyurur: "O kəs ki, əqiq üzük taxar, Allah aqibətini imanla sona çatdırar".
İmam Sadiq (ə) buyurur: "Əlinizə əqiq üzük taxın ki, əqiq ilk dağ olmuşdur ki, Allahın rübubiyyətinə, Peyğəmbərin (s) nübuvvətinə və İmam Əlinin (ə) vəsiliyinə etiraf etmişdir. Bu, o dağdır ki, Allah Təala Musa (ə) ilə danışmışdır. O kəs ki, əqiq üzüklə namaz qılar, savabı başqa üzük taxan insanın savabından 40 dəfə çox olar". (Tebyan)

Feat.Az deyerler.org-a istinadən bildirir ki, Süleyman Əmaş nəql edir: "İmam Sadiqlə (ə) bir yerdə Mənsurun evində idik. Şallaq dəyən insan evdən bayıra çıxdı. İmam buyurdu: "Ey Süleyman! Onun üzüyünün qaşına nəzər sal!". Dedim: "Ey Allahın Rəsulunun oğlu! Üzüyünün qaşı əqiqdən qeyrisidir". İmam (ə) buyurdu: "Ey Süleyman! Əgər qaşı əqiq olsaydı, şallaq yeməzdi". Dedim: "Daha çox məlumat verin". Buyurdu: "Əqiq qaş öldürülməyə qarşı təhlükəsizlik verir". Dedim: "Daha çox məlumat verin". Buyurdu: "Allah Təala sevir ki, ona tərəf dua üçün qaldırılan əldə əqiq üzük olsun. O, hər bir bəladan qoruyandır. O, yoxsulluqdan amandır"".
İmam Sadiq (ə) buyurur: "Hər kim əlinə gümüş əqiq üzük taxar - yoxsul olmaz, xeyirdən savayı başqası ona çatmaz".
İmam Əli (ə) buyurur: "Əlinizə əqiq üzük taxın ki, sizin üçün mübarəkdir və hər bir bəladan amanda olacaqsınız".
İmam Sadiq (ə) nəql edir: "Bir nəfər Peyğəmbərə (s) şikayətə gəlir ki, yolkəsən ona hücum etmişdir. Həzrət (s) buyurur: "Məgər əlində əqiq üzüyün yox idi? Bu üzük hər bir pislikdən qoruyar"".
İmam Baqir (ə) buyurur: "Hər kim əlinə əqiq üzük taxar - o zamana qədər ki, əlində olar, yaxşılıq ona üz çevirər və Allah tərəfindən gözətçi olar".
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim sarı yağut üzüyü əlinə taxar - yoxsulluğa düçar olmaz".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.