Yatarkən hansı duanın oxunması məsləhətdir?
Feat.Az islam.az-a istinadən bildirir ki, Peyğəmbər bu duanı yatmazdan əvvəl oxumağı İmam Əliyə (ə) tövsiyə etmişdi: "Sübhan Allahi vəl-həmdü lillahi və la ilahə illəllahü vəllahü əkbər. Və la hövlə və la qüvvətə illa billahil-əliyyil-əzim" (Tərcüməsi: "Allah hər nöqsandan uzaqdır, aləmlərin rəbbi olan Allaha həmd olsun, Allahdan başqa tanrı yoxdur, Allah hər şeydən qüdrətlidir. Güc və qüdrət yalnız uca və əzəmətli Allaha məxsusdur"). Peyğəmbər yatağına uzananda bu duanı oxuyardı: "Bismikə allahümmə əmutü və əhya" (Allahım, Sənin adınla ölür və dirilirəm).