"Bəxtsizlik" deyə bir şey varmı?
Feat.Az zikr.az-a istinadən bildirir ki, həmçinin işlərin alınmaması və ya tərs getməsi Uca Allahın sınağa çəkməsi ilə də əlaqəli ola bilər. Uca belə buyurur: "İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!" - demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?" (əl-Ənkəbut, 2).
Ən çox ibadət etmələrinə baxmayaraq ən çox sınağa çəkilən insanlar da peyğəmbərlər (Allahın onlara salamı olsun) olublar: "Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: "Allahın köməyi nə vaxt (gələcək)?" - dedilər. Həqiqətən, Allahın köməyi yaxındır". (əl-Bəqərə 214).
Uca Allah heç bir bəndəsinin bəxtini bağlamır. Hər bir kəs bəlaların səbəbini yalnız özündə axtarmalıdır: "Sizə üz verən hər bir müsibət və çətinlik öz əllərinizlə qazandığınız günahların və etdiyiniz əməllərin ucbatındandır! Bütün bunlara baxmayaraq Allah günahlarınızın çoxunu əfv edər". (əş-Şura, 30).
Bəlalar nəticəsində möminin günahları bağışlanır və ya axirətdə dərəcəsi yüksəlir. Uca Allah həmçinin buyurur: "Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Asanlıq yalnız çətinliklə hasil olar! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!" (əş-Şərh, 5-6).