Oruc tutanlara çimmək olarmı?
Feat.Az-ın islam.az-a istinadən məlumatına görə, sadəcə, diqqət yetirmək lazımdır ki, burun, qulaq və ağız dəliklərindən bədənə su daxil olmasın.
Amma hovuzda çimməyə gəlincə, bunun da maneçiliyi yoxdur. Sadəcə, başı tamamilə suya batırmaq barədə alimlərin fikri fərqlidir. Sünni məzhəblərində başı suya batırmaq arzuolunmaz hal olsa da, orucu batil etməz.
Şiə məzhəbində isə əksər alimlər oruclu adamın suya baş vurmasını ehtiyati-vacibə görə haram bilirlər. Bəzi müctəhidlər (məsələn, Ayətullah Sistani) isə bu fiikirdəir ki, bu orucu pozmaz, amma şiddətli məkruh əməldir.