Allah şeytana niyə mane olmur?

04 Eylül 2017
1 985
0
Allah şeytana niyə mane olmur?
1. Allahın dünyanı nə üçün yaratdığını bilsək, şeytana və onun yolunu gedənlərə nə üçün mane olmadığını daha yaxşı başa düşərik. Uca Allah buyurur: "Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır". (əl-Mulk, 2).

Feat.Az zikr.az-a istinadən bildirir ki, Uca Allah pis əməl sahibləri ilə yaxşı əməl sahiblərini bir-birindən ayırd etmək və Qiyamət günü hər kəsə öz əməlinin cəzasını və mükafatını vermək üçün şeytana mane olmur. Uca Allah buyurur: "Bir zaman mələklərə: "Adəmə səcdə edin!"- demişdik. İblisdən başqa hamısı səcdə etdi. O dedi: "Mən Sənin palçıqdan yaratdığınamı səcdə edəcəyəm?!" İblis dedi: "Məndən üstün tutduğuna bir bax! Əgər Qiyamət gününə qədər mənə möhlət versən, az bir qismindən başqa onun bütün nəslini özümə ram edəcəyəm". Allah buyurdu: "Çıx get! Onlardan kim sənə uysa, tam bir əvəz kimi cəzanız Cəhənnəm olacaqdır. Onlardan gücün çatdığı kimsələri səsinlə günaha təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər. Əslində, Mənim ixlaslı qullarım üzərində sənin hökmün olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər". (əl-İsra, 61-65). Daha ətraflı:

2. Səmimi qəlbdən edilən tövbə sayəsində bu dünyada Uca Allah bağışladığı günahlara görə Qiyamət günü qulunu sorğu-suala çəkməyəcək. Amma ola bilər ki, Qiyamət istədiyi quluna etdiyi günahlardan bəzilərini və ya hamısını xatırlatsın. Bu da onun hikmətinə bağlıdır. Uca Allah buyurmuşdur: "Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir". (əl-Bəqərə, 284).
Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Allah mömini Özünə tərəf yaxınlaşdıracaq, Özü onu əhatə edib qoruyaraq soruşacaq: "Filan günahı (etdiyini) bilirsənmi? Filan günahı (etdiyini) bilirsənmi?" Mömin: "Bəli, ey Rəbbim!"- deyə cavab verəcək. Nəhayət, Allah ona günahlarını etiraf etdirdikdə və o, öz-özlüyündə həlak olduğunu güman etdikdə Allah buyuracaq: "Dünyada sənin günahlarını ört-basdır etdim və bu gün də Mən sənin günahlarını bağışlayıram". Sonra ona (içində) yaxşı əməlləri yazılmış bir kitab veriləcək. Kafirə və münafiqlərə gəldikdə isə (onların əməllərinə) şahid olanlar deyəcəklər: "Bunlar Rəbbinə iftira yaxanlardır"- deyəcəklər. Allahın lənəti olsun zalımlara!" (Hud, 18)". (əl-Buxari, 2261, 7114).​​​​​​​
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.